Tural Gəncəliyevin AŞPA-nın iclasında çıxışı: "BMT-nin qətnamələrinə əməl olunmur"
16:49 09.09.2020
Arxiv
521
8 sentyabr 2020-ci il tarixində AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin video-konfrans formatında iclası keçirilib.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev öz çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini qeyd edərək, cari ilin 12 iyul tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində yeni təcavüz aktı həyata keçirdiyini, Azərbaycanın isə buna adekvat olaraq özünümüdafiə hüququndan istifadə edərək cavab verdiyini qeyd edib.
Ermənistanın bu hücumu nəticəsində sərhədboyu zonada mülki əhaliyə və infrastruktura dəymiş zərərə toxunanT.Gəncəliyev bütün bunların beynəlxalq humanitar hüququn kobud surətdə pozulması olduğunu vurğulayıb.
T.Gəncəliyev həmçinin Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə iddialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasətinin aparıldığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın “yeni ərazilər üçün yeni müharibə” doktrinasıyla bir daha öz təsdiqini tapdığını qeyd edib.
Ermənistanın münaqişənin həllində maraqlı olmadığını, sülh danışıqlarını pozduğunu və beynəlxalq ictimaiyyətin nəzərində öz işğalçı əməllərini pərdələmək cəhdlərini ifşa edən millət vəkili münaqişə ilə bağlı BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların sənədlərinə hələ də əməl olunmadığını xatırladıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda heyvanlar kütləvi qırılır
19:02 06.07.2026
Hadisə
Tramp FİFA-ya zəng etdi
18:53 06.07.2026
Futbol
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
18:51 06.07.2026
Ölkə
Quran siyasət kitabı deyil- DİNŞÜNAS
18:46 06.07.2026
Siyasət
Valideynlər uşaqlara nümunə olmalıdır - Psixoloqdan XƏBƏRDARLIQ
18:21 06.07.2026
Cəmiyyət
Sarkisyanın əmlakı müsadirə edildi
17:43 06.07.2026
Region
Bakı-Naxçıvan reysləri təxirə salınıb
17:19 06.07.2026
Ölkə
NATO Baş katibi Mark Rutte Türkiyəyə gəlib
17:11 06.07.2026
Region
Bu il dövlət büdcəsinə 8 mlrd. manatdan çox vergi daxil olub
16:56 06.07.2026
İqtisadiyyat
Filipe Luis "Monako"nun yeni baş məşqçisi olub
16:47 06.07.2026
Futbol
Paşinyan Mişustinlə görüşdə Rusiya ilə əməkdaşlıqdan danışıb
16:38 06.07.2026
Region
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
16:35 06.07.2026
Ekologiya