Türk Şurası Gənclər Platformasından Azərbaycana dəstək BƏYANATI
13:06 21.10.2020
Arxiv
489
Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib.
Bununla bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova bildirib.
Əsasən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunan iclasda İdarə Heyətinin üzvləri ilə yanaşı, qonaq qismində Türk Şurası Baş katibinin müavini Qismət Gözəlov və Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də iştirak ediblər.
Nazir müavini çıxışında Azərbaycanın dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktını həyata keçirməyi planlaşdırdığını və müharibəyə hazırlaşdığı ilə bağlı xəbərdar etdiyini bildirib.
İntiqam Babayev BMT-nin 75 illiyinə həsr edilmiş sessiyada Prezident İlham Əliyevin Ermənistanın öz bəyanatları və hərbi təxribatları ilə sülh danışıqlarını pozduğunu bildirən çıxışını da diqqətə çatdırıb.
Bununla Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün bərpası kimi şərəfli missiyanı yerinə yetirməkdə olduğunu, hazırda 100-ə yaxın kənd, üç şəhər, bir qəsəbə və bir çox strateji yüksəkliklərin işğaldan azad edildiyini bildirib.
Döyüş meydanında ardıcıl uğursuzluğa məruz qalmış düşmən ballistik raketlərdən istifadə edərək, dinc əhaliyə qarşı terror aktları törətməklə hərbi cinayətlər törədir.
Nazir müavini çıxışının sonunda soy-kökü, ortaq mədəniyyəti və tarixi olan Türk Şurasına üzv dövlətlərin gənclərini Azərbaycanın haqq səsinin daha çox beynəlxalq quruma çatdırılmasında və sosial mediada bizim yanımızda olmağa çağırıb.
İclasda çıxış edənlər Azərbaycanın haqq səsini dəstəklədiklərini, bunun üçün fəaliyyətlərin koordinasiya edilməsi ilə bağlı xüsusi qrupun yaradılması təşəbbüsünü irəli sürüblər.
İclasda Türk Şurası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihələrin icrası, Gənclər Mübadiləsi Proqramının həyata keçirilməsi ilə bağlı görülmüş işlər, COVID-19 pandemiyasının yaratdığı çətniliklərlə əlaqədar bəzi fəaliyyətlərin məsafədən icrası kimi məsələlər də müzakirə olunub.
Sonda Türk Şurası Gənclər Platforması Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil