Türkdilli dövlətlər və xalqlar arasında əməkdaşlığın inkişafından bəhs edən MƏQALƏ
11:16 15.09.2020
Arxiv
486
Qardaş ölkədə dərc olunan “Türkiyə” qəzetində müasir dövrdə türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsinin önəmindən bəhs edilir.
AZƏRTAC xəbər verir ki, “Türk Dünyası Nazirliyi” sərlövhəli məqalənin müəllifi Məryəm Aybikə Sinan bu birliyin tarixi zərurətdən irəli gəldiyini vurğulayır. Qeyd edir ki, müasir dövrdə ölkələr irq, din və qohumluq əlaqələrinə əsaslanaraq bir araya gəlir, birlikdə hərəkət edir, bütün sahələrdə həmrəylik nümayiş etdirərək ortaq maraqlarını genişləndirməyə çalışırlar. Bu, müasir dünyada yeni yanaşmalardan biridir. Xüsusilə maraqlıdır ki, mövzu biz türklər olduqda dərhal ortaq qərar qəbul edilir, bizə qarşı birgə hərəkət edirlər. Son günlər Türkiyə əleyhinə birlikdə hərəkət edən ölkələrin ortaq cəhətlərinin din və qohumluq bağları olduğunu görürük.
Müəllif vurğulayır ki, məhz bu səbəbdən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsi önəmlidir. Bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni təyin olunmuş səfirini qəbul edərkən hər sahədə Türkiyənin yanında olduqlarını bəyan etməsi böyük bir addım idi. Ümid edirik ki, bu addım digər qardaş ölkələrdə də dəyərləndiriləcək.
Azərbaycan-Türkiyə əlaqələrinin bu səviyyəyə çatmasına təsir edən amillərə toxunan müəllif bunun ölkələrimiz arasında hərbi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın, eləcə də bütün sahələrdə atılan nəhəng addımların bəhrəsi olduğunu vurğulayır.
Türk Dünyası Nazirliyinin qurulmasının, bu sahəyə daha həssas və ciddi diqqət yetirilməsinin, qardaş ölkələrlə bütün sahələrdə güclü və çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinin qeyd edildiyi yazıda bildirilir: “Heç vaxt daxil ola bilməyəcəyimiz Avropa İttifaqı üçün bir vaxtlar Aİ Nazirliyi yaradılmışdı. Nəticəsi göz qabağındadır: bu nazirlik sonradan ləğv edildi. Deməli, artıq bəzi həqiqətləri gündəmə gətirməyin vaxtı çatıb, hətta keçməkdədir. Vaxt itirmədən Türk Dünyası Nazirliyinin qurulması və Türk Şurasına üzv olan qardaş ölkələrdə də bu nazirliyin yaradılması istiqamətində iş aparılmalıdır. Düz 31 il əvvəl bugünkü Türk Şurası ölkələrinin müstəqilliklərini bərpa edəcəklərini heç kim düşünməz, xəyal belə edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır və ölkələr bir-biri ilə münasibətlərini din və qohumluq əlaqələri əsasında inkişaf etdirməklə bağlı yanaşmadan əl çəkməyəcəklər. Biz də bir Türk Dünyası Nazirliyi quraraq əqrəba xalqlarla qardaşlıq hüququmuzu daha da inkişaf etdirə bilərik. Sizcə buna dəyməzmi?!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İməkləyərək avtobusa mindi, heç kim fərq etmədi
19:19 08.05.2026
Hadisə
Azərbaycan və Türkiyə hərbçiləri birgə taktiki-xüsusi təlim keçirib
19:12 08.05.2026
Hərbi
Dubay aeroportunda qatı tüstü müşahidə olunur
19:05 08.05.2026
Son dəqiqə
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya