“Türkiyə - Azərbaycan media platforması tərəfdaşlar cəlb edəcək”
Şəymən Bayramova
14:46 10.09.2020
Arxiv
1265
“Bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediaları qoşula bilər"
Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib. Səfər iki ölkə arasında birgə media platforması yaratmaq və fikir mübadiləsini həyata keçirmək məqsədi ilə gerçəkləşib.
Birgə toplantıda çıxış edən H. Hacıyev və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyə-Azərbaycan Media Platformasının yaradılması üçün razılığa gəldiklərini açıqlayıblar.
İki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək təşəbbüsü Azərbaycanın mətbuat nümayəndələri təqdir edir.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında Türkiyə Azərbaycan media platformasının yaradılmasını strateji əhəmiyyətli bir qərar olduğunu deyib. Onun sözlərinə görə, bu qərar hər iki dövlətin əslində isə bir millətin maraqları baxımından olduqca uzunmüddətli perspektivlərə hesablanıb:
"Postmodernist cəmiyyətlərin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır. Hazırda qloballaşan dünyada inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan biri məhz informasiya platformasıdır.
Belə olan halda qlobal informasiya məkanında daha böyük və effektiv bir platformaya sahib ola bilmək çox böyük üstünlükdür. Daha dəqiq desək, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər.
Türkiyə mediası isə ingilis və fransız dilli media paltformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarının yerinə gətirilməsini təmin edə bilər".
H.Hacıyevin çıxışına istinad edən millət vəkili hesab edir ki, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qaralama kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol olacaq:
"Türkiyə Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə özünə yeni -yeni tərəfdaşlar da cəlb edəcək. Hətta növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də medialarının qoşulacağını zənn edirəm .Eyni zamanda ortaq maraqları olan digər dövlətlər, Gürcüstan, Ukrayna, Macarıstan və s. kimi ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər.
Ancaq bunun üçün bir sıra məsələlərə kiçik korrektələr də edilməlidir . Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır .
Ortaq media platformasının ortaq dili formalaşmalıdır ki , ortaq məqsədlərimizin daha sürətlə və daha effektiv şəkildə reallaşmasını təmin etsin. Əgər buna nail ola bilsək, qısa müddətdə dil, ictimai diplomatiya , ədəbi- bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnalogiyalar , elmi texniki tərəqqi və s. kimi sahəsində elə perespektivlər yaranacaq.
Bütün bunlar isə bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül hadisəsini yaradacaq. Ona görə də Türkiyə -Azərbaycan media platformasının yaradılmasını yalnız alqışlamaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm