Türkiyə bu gün: koronadan 82 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 82 nəfər vəfat edib. 
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 7 419 nəfər  COVID-19 infeksiyasına  yoluxub.
Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr 7 498, ağır xəstələr isə 1185 nəfər olub. 

Qeyd edək ki, Türkiyədə indiyədək 2 624 019 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 511 548 nəfər sağalıb, 27 903 nəfər isə həyatını itirib.