Türkiyə Parisdəki səfirini geri çağıracaq?
11:46 28.10.2020
Arxiv
464
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Charlie Hebdo”da yayımlanan çirkin karikaturadan sonra Fransa ilə yaşanan böhranla bağlı açıqlamalar verib.
“Haber Global” məlumat verir ki, türkiyəli nazir ölkənin Fransadakı səfirini geri çağırıb-çağırmayacağı ilə bağlı danışıb:
“Bu gün Jak Şirakın 2006-cı ildəki sözləri ilə cavab verdik. Ölkə daxilində araşdırma başladılıb. İstər Fransada, istərsə də beynəlxalq səviyyədə həm hüquqi, həm diplomatik prosesi izləyirik. Parisdəki səfirin geri çağırılacağı bir vəziyyət yoxdur, telefonla əlaqə saxlayırıq”.
Mövlud Çavuşoğlu “Twitter” hesabından “Bir zamanlar Fransa” qeydi ilə Fransanın keçmiş prezidenti Jak Şirakın 8 Fevral 2006-cı ildə Məhəmməd peyğəmbərin karikaturasının yayılmasına münasibətini paylaşıb.
Sözügedən paylaşımda aşağıdakı ifadələr var:
“Karikaturalar və müsəlman dünyasındakı reaksiyalarla əlaqəli olaraq, ifadə azadlığının dövlətin təməllərindən biri olması ilə yanaşı, eyni zamanda tolerantlıq və bütün inanclara hörmət dəyərlərinə əsaslandığını xatırladıram. Başqalarının inanclarına və xüsusilə dini inanclarına xələl gətirən hər şeydən çəkinmək lazımdır. İfadə azadlığı məsuliyyət ruhunda istifadə edilməlidir. Təhlükəli şəkildə alovlana biləcək bütün açıq təxribatları qınayıram”.
Qeyd edək ki, “Charlie Hebdo” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı da karikatura yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm