Türkiyə səfiri: “Co Bayden Qarabağdakı vəziyyətə ədalətli qiymət vermək üçün çox uzaqdır”
09:26 01.10.2020
Arxiv
777
Türkiyə ABŞ prezidentliyinə namizəd Co Baydeni Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmağa çağırdı.
“aa.com.tr/ru” xəbər verir ki, Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç ABŞ prezidentliyinə namizəd Co Baydenin Dağlıq Qarabağ münaqişə zonasındakı vəziyyətlə bağlı mövqeyini qınayıb.
“Əgər təcavüzə məruz qalan ölkə ilə işğalçı dövlət arasındakı fərqi müqayisə etsə idiniz, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq administrasiyadan (Donald Tramp) Azərbaycan torpaqlarının qanunsuz olaraq erməni işğalına son qoyulması prosesinin irəliləməsini tələb etsəydiniz, o zaman bu, ədalətli olardı”, - deyə Türkiyə diplomatik nümayəndəliyinin rəhbəri “Twitter”də bunu yazıb.
C.Bayden daha əvvəl Tramp administrasiyasını Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəsin bərpası üçün müvafiq addımlar atmağa və “Türkiyə kimi ölkələrin münaqişəyə qarışmasının qarşısını almağa” çağırıb.
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun cəbhə boyu bütün mövqelərini, eləcə də cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini intensiv atəşə məruz qoyaraq Azərbaycana qarşı genişmiqyaslı təxribatlar həyata keçirib, bunun nəticəsində Ermənistan-Azərbaycan münaqişə zonasında gərginlik artıb.
Münaqişədə iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından istifadə olunub. Mülki infrastruktura ciddi ziyan dəyib.
Azərbaycan ordusunun ön hissələri düşmən təxribatını yatırmaq və münaqişə xətti yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görüb.
Müharibənin ilk günləri Azərbaycanın bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunması ilə nəticələnib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq