Türkiyə XİN: “Aİ Şərqi Aralıq dənizi probleminin həllini istəyirsə, qərəzsiz davranmalıdır”
18:19 28.08.2020
Arxiv
478
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısından sonra yaydıqları bəyanata etiraz edib.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə XİN-in sözcüsü Hami Aksoy açıqlamasında bildirib ki, Şərqi Aralıq dənizində gərginliyin səbəbkarı Yunanıstan və Cənubi Kipr Respublikasıdır (GKRY): "Burada Türkiyənin və Kipr türklərinin mənafelərinin nəzərə alınmaması cəhdlərinə Aİ-nin həmrəylik göstərməsi bu gərginliyi daha da artırıb. Ölkəmizin kontinental şelfindəki karbohidrogen fəaliyyətlərini tənqid etmək və bu fəaliyyətləri dayandırmağı tələb etmək Aİ-nin səlahiyyətində deyil. Bu səlahiyyətin olmaması Aİ Ədalət Məhkəməsi tərəfindən də təsdiq olunub. Odur ki, bu tələb həm Aİ-nin öz müddəasına, həm də beynəlxalq hüquqa ziddir”.
Diplomat onu da vurğulayıb ki, bu məsələdə Türkiyə hər zaman dialoqa hazır olduğunu bildirsə də, Aİ-nin sanksiya tətbiqinə tərəfdarlığı mövcud problemin həllinə ciddi şəkildə mane olur: “Türkiyə əleyhinə qurulan bütün ittifaqlara rəğmən özünün və Kipr türklərinin mənafeyini qorumağa qətiyyətlə davam edəcək. Ai Şərqi Aralıq dənizində bir həll yolu istəyirsə, Yunanıstan və Cənubi Kipr Respublikasının mövqeyinin doğru olmadığını görməli, qərəzsiz davranmalı və vicdanlı vasitəçi olmalıdır”.
Qeyd edək ki, Aİ-yə üzv ölkələr Türkiyənin Şərq Aralıq dənizindəki qazma-kəşfiyyat əməliyyatlarını dayandırmayacağı halda rəsmi Ankaraya sanksiyalar tətbiq edəcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:54 07.07.2026
Gündəm
Ukrayna Rusiyanın 8 tankerini vurdu
13:49 07.07.2026
Dünya
Ekoloji izi azaldan təlim: “Yaşıl Yol Xəritəsi” Gəncədə
13:44 07.07.2026
Ölkə
Türkiyənin hərbi üstünlüyünün sirri... - Gülər
13:32 07.07.2026
Gündəm
Buna görə cərimələr müəyyənləşir
13:28 07.07.2026
Gündəm
Pensiyalar nə vaxt veriləcək?
12:26 07.07.2026
Sosial
Ankarada 36-cı NATO Sammiti başlayıb - FOTO
12:12 07.07.2026
Gündəm
Mərdəkanda dənizdə nəzarətsiz ərazidə 16 yaşlı oğlan batıb
12:06 07.07.2026
Hadisə
Müəllimlərin geyimi ilə bağlı qanun qəbul edildi
11:59 07.07.2026
Aktual
Abşeronda silah-sursat tapıldı - VİDEO
11:49 07.07.2026
Hadisə
Şavkat Mirziyoyev İordaniya XİN başçısını qəbul etdi
11:34 07.07.2026
Dünya
Baş nazir İstanbulda turist oldu: Tarixi məkanları ziyarət edib
11:34 07.07.2026
Gündəm
İndoneziyada Levotobi vulkanı yenidən püskürdü
10:35 07.07.2026
Hadisə
Tramp, Makron və NATO-ya üzv 32 ölkənin lideri Türkiyədədir
10:28 07.07.2026
Gündəm