Türkiyə XİN: “Əsas məsuliyyət Ermənistanın üzərinə düşür” - VİDEO
07:43 29.12.2020
Arxiv
502
Silahlarını yerə qoymağı və geri çəkilməyi rədd edən, Dağlıq Qarabağda Azərbaycan silahlı qüvvələrinə qarşı hücum həyata keçirən erməni silahlı elementlərinin fəaliyyəti 9 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamə ilə müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasına xidmət edir.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən açıqlamada qeyd olunur.
Açıqlamada bildirilir ki, daha əvvəl 26 noyabr, 8 və 11 dekabr tarixlərində, nəhayət 27 dekabrda baş verən erməni silahlı qruplarının hücumları nəticəsində hərbi və mülki şəxslər arasında itkilər yaşanıb, xəsarətlər alanlar var.
Türkiyə XİN açıqlamasında həmçinin vurğulanır ki, üçtərəfli bəyannaməni imzalayandan sonra, silahlı erməni birləşmələrinin geri çəkilməsinə və atəşkəs rejiminə riayət edilməsinə görə əsas məsuliyyəti Ermənistan hakimiyyəti daşıyır.
“Azərbaycan tərəfi erməni silahlı elementlərinin təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verdi. Bölgədə qurulmağa çalışılmış davamlı sülhün parçası olmaq üçün, Ermənistan bu sahədəki həqiqətləri qəbul etməli və üçtərəfli bəyannamədə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
Türkiyə XİN olaraq erməni hərbi birləşmələrinin hücumları nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfadiləyirik və bütün Azərbaycan xalqına başsağlığı diləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq