Türkiyədə 107 yaşlı qadın koronadan sağaldı


Türkiyədə 107 yaşlı Havahan Qaradəniz adlı qadın yeni tip koronavirusa qalib gəlib.
Axar.az xəbər verir ki, bir həftə əvvəl öskürək və yüksək hərarətlə xəstəxanaya müraciət edən H.Qaradənizdə koronavirus aşkarlanıb.
İstanbulda xəstəxanalardan birində müalicə alan 107 yaşlı qadın artıq sağalıb.
O, xəstəxanadan alqışlarla yola salınıb.