Türkiyədə güclü partlayış: 1 ölü, 30 yaralı (YENİLƏNİB-2)






Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkir şəhərinin mərkəzində güclü partlayış baş verib. 

Sherg.az Trend-ə istinadən xəbər verir ki,  partlayış şəhər Polis İdarəsinin inzibati binasının yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

Bundan əvvəl 6 nəfərin yaralandığı bildirilirdi.

Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə salınması ilə törədildiyi ehtimal edilən partlayışın gücündən yaxınlıqdakı binalar da zərər görüb.