Türkiyədə saxlanılan rusiyalı jurnalistlər sərbəst buraxılıb

Rusiyanın NTV kanalının Türkiyədə saxlanılan əməkdaşları sərbəst buraxılıblar.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov rusiyalı jurnalistlərin sərbəst buraxılması məsələsinin diplomatik kanallarla həll edildiyini bildirib.
“Məsələ diplomatik kanallarla həll olunub” deyə Kremlin sözçüsü Rusiya prezidentinin jurnalistlərin sərbəst buraxılması məsələsinə yardım edib-etməməsi ilə bağlı suala cavabında bildirib.