Türkiyədə şəhid general Polad Həşimov adına park açıldı
14:49 28.10.2020
Arxiv
565
Bu gün Türkiyədə Azərbaycan Ordusnun generalı, şəhid Polad Həşimovun adı verilən parkın açılışı olub.
Bursa vilayətinin Osmanqazi bələdiyyəsindən APA -ya verilən məlumata görə, Osmanqazi Bələdiyyə Məclisi yeni salınan istirahət məkanına general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün onun adının verilməsi təklifini yekdilliklə qəbul edib.
Osmanqazi Bələdiyyə sədri Mustafa Dündar bildirib ki, şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, Azərbaycana mənəvi dəstəyin nümunəsidir.
M.Dündar Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən, Ermənistanın xain hücumlarına qarşı Azərbaycan Ordusunun əks hücumlarından danışaraq deyib ki, qardaş ölkənin qısa zamanda işğal altındakı bütün torpaqlarını azad edəcəyinə inanır.
Qeyd edək ki, Osmanqazi rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışına bursalılarla yanaşı, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.
Ümumilikdə 2 min kvadratmetrlik parkda fitnes və idman avadanlıqları yerləşdirilib, yaşıllıq sahəsi, uşaq meydançası, idman meydançası, gəzinti yolları salınıb.
Onu da bildirək ki, bu gün Osmangazi Bələdiyyəsi 29 Oktyabr Türkiyə Cümhuriyyəti Bayramının 97-ci ildönümü münasibətilə bursalılara 97 min Türkiyə bayrağı paylayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm