Türkiyədə son durum: ölü sayı 1300-ə çatır

Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı 1296 nəfərə yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Qocanın məlumatına əsasən, koronavirusa yoluxanların sayı 61 min 49-a çatıb. Sağalanların sayı isə 3957 olub.