Türkiyədən Bakı-Tbilisi-Qars marşrutu ilə ilk qatar Rusiyaya çatıb
12:59 09.02.2021
Arxiv
382
Türkiyədən Bakı-Tbilisi-Qars dəmir yolu ilə konteyner qatarı bu gün Rusiyanın Vorsino logistika mərkəzinə (Kaluqa vilayəti) gəlib.
Türkiyənin Rusiyadakı səfirliyinin “Twitter” səhifəsində bu barədə bildirilir.
Qeyd edilir ki, bu marşrut üzrə Rusiya Federasiyasına ixrac ilk dəfə reallaşır. 16 konteynerdə ümumilikdə qabyuyan maşınlar və qaz sobaları olub.
Daha əvvəl yüklər dəniz yolu ilə daşınıb, bu isə həm qiymət, həm də zaman baxımından əlverişsiz idi.
Yeni nəqliyyat dəhlizi hər iki göstəricinin azaldılmasına və Rusiya ilə Türkiyə arasındakı ticarətin sadələşdirilməsinə kömək edəcək.
Qatar 29 yanvarda Ankaradan yola çıxıb, sonra Gürcüstan və Azərbaycan ərazisindən keçərək bu gün, 9 fevral tarixində təyinat yerinə - Kaluqa vilayətinə çatıb. Bölgə rəhbərliyi, Rusiya Dəmir Yolları və Türkiyənin Rusiyadakı səfirliyinin nümayəndələrinin qatıldığı logistika kompleksində rəsmi qarşılama mərasimi keçirilib.
Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar yeni nəqliyyat dəhlizinin fəal şəkildə istifadə ediləcəyinə, rus və türk xalqlarını birləşdirən “dostluq körpüsü” olacağına inandığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual