Türkiyəli hərbi ekspert: “Azərbaycan Ordusu doğru yoldadır”
08:57 08.10.2020
Arxiv
586
“Azərbaycan Ordusunun haqlı mübarizəsində tam zəfər çalacağına inanıram”.
Bunu APA -nın yerli bürosuna açıqlamasında türkiyəli hərbi ekspert Abdullah Ağar deyib.
O bildirib ki, Azərbaycan Ordusunun gücü, qətiyyəti, şücaəti və ruh yüksəkliyi bunu deməyə əsas verir: “Azərbaycanın daxilində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi vacib əhəmiyyət daşıyır. Müharibə şəraitində haqsız tərəf olan Ermənistan gücü çatdığı qədər hər cür hiyləyə əl atır. Əslində Ermənistan bunu 90-cı illərdə də edib. Ermənistan Dağlıq Qarabağ və ətraf əraziləri mütəmadi olaraq atəşə tutub, qırğınlar törətməklə öz istəyinə nail oldu. Hazırda Ermənistan ordusu azərbaycanlı mülki əhalinin yaşadığı ərazilərə raket zərbələri endirir. Bununla onlar həm də Azərbaycanın guya şəhər və rayonlarını müdafiə edə bilmədiyi görüntüsü yaratmaq, ölkə daxilində qarışıqlıq və təxribat törətmək istəyirlər. Ermənistan bu dəfə qurduğu tələyə özü düşüb”.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin İraq və Suriyadan gətirilmiş PKK terrorçularının Azərbaycana qarşı döyüşdüyünə dair faktları açıqladığını xatırladan A. Ağar deyib ki, arxa cəbhənin təhlükəsizliyini təmin etmək, xalqda qələbəyə olan inamı daha da artırmaq üçün güclü təbliğat-təşviqat işlərinin aparılması son dərəcə vacibdir: "Xüsusilə Bakı, Gəncə və digər böyük şəhərlərin, eyni zamanda strateji obyektlərin, neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin gücləndirilməsi çox önəmlidir”.
Ekspert qeyd edib ki, Azərbaycan Ordusunun işğal altındakı əraziləri tam şəkildə azad etməsi vacib faktorlardan asılı olaraq, uzun və ya qısa müddətə mümkündür.
Azərbaycan Ordusunun strateji xəttini diqqətlə izlədiyini vurğulayan A. Ağarın sözlərinə görə, bu strategiyada ən böyük uğur vacib yüksəklikləri ələ keçirməkdir ki, Azərbaycan Silahlı Qüvvələri bunun bir qisminə nail olub: “Önəmlisi odur ki, mühüm yüksəkliklər azad edilib. Bəzən sürətlə irəliləmək, bəzən təmkinli və yavaş davranmaq ordunun özünəməxsus taktikasıdır. Azərbaycan Ordusu doğru yoldadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət