Uhanlı həkimdən etiraf: “Minlərlə yoluxan olanda sayı 41 göstərdik”
12:43 27.01.2021
Arxiv
539
Keçən il yanvarın əvvəlində koronavirus pandemiyasının Uhan bölgəsində ilk dəfə başladığı zaman Çin səlahiyyətliləri açıqlama verməmək və maska taxmamaqla bağlı həkimlərə xəbərdarlıq edib.
Bu barədə Uhan xəstəxanasında işləyən həkim BBC-nin “54 Gün” adlı sənədli filmində bildirib.
Qeyd edilir ki, Çində virus müəyyən ediləndən 52 gün sonra Uhana gediş-gəliş bağlanıb. Çinin koronavirusla bağlı xəbərləri ört-basdır etməsi şübhələri artırır. Adı gizli saxlanan həkim təxminən bir il əvvəlki hadisələri xatırlayaraq tənəffüs xəstəlikləri şöbəsinin 10 yanvar 2020-ci il tarixində dolu olduğunu deyir:
“Hər şey nəzarətdən çıxmışdı, təlaşa düşmüşdük”.
Onun sözlərinə görə, virusun yoluxucu olduğunu hamı bilirdi:
“Nə qədər axmaq olsan ki, bunu anlamayasan. Bu vəziyyət bizi çox təəccübləndirdi və əsəbiləşdirirdi”.
Bir neçə həftə ərzində yüzlərlə, bəlkə də minlərlə şübhəli yoluxmaların olduğunu deyən həkim o zamana qədər yalnız 41 yoluxmanın bildirildiyini qeyd edib.
Amerikalı virusoloq Lan Lipkin deyib ki, virus haqqında şayiələr gəzməyə başladığı üçün ilin əvvəlində Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Corc Qao ilə danışıb. Qao isə ona deyib ki, onun özündə də virus aşkar ediblər, amma çox yoluxucu deyil.
Qeyd edək ki, təxminən 1,5 milyard əhalisi olan Çində bu zamana qədər 89 272 nəfərdə koronavirus aşkarlanıb, 4 636 nəfər bu virusdan ölüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi