Ukraynalı deputat: “Azərbaycan və Ukrayna bir-birini gücləndirir”
08:35 25.09.2020
Arxiv
571
Dünən Azərbaycan və Ukrayna prezidentləri arasında telefon danışığı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edən Ukraynanın Prezidenti Vladimir Zelenski bir neçə gün əvvəl Azərbaycanın Ukraynanın yeni Milli Təhlükəsizlik Strategiyasında göstərilən strateji tərəfdaş ölkələr siyahısına daxil edilməsi barədə qərarın qəbul olunduğunu bildirib.
Dövlət başçıları suverenlik və ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək ifadə ediblər.
Prezidentlər Ukraynada Azərbaycandan olan investorların iştirak etdiyi genişmiqyaslı infrastruktur və investisiya layihələrinə də toxunublar. Bundan əlavə, Vladimir Zelenski Azərbaycan şirkətlərini Ukraynadakı geniş özəlləşdirmə layihələrində iştirak etməyə dəvət edib.
Ukraynanın Milli Təhlükəsizlik Strategiyasında təsdiqlənən strateji tərəfdaşlıq kursu Ermənistanın və bəzi ukraynalı analitiklərin ürəyincə olmayıb.
Media.Az bu məsələlərlə əlaqədar Ukrayna Ali Radasının deputatı, “Ukrayna-Azərbaycan” parlament dostluq qrupunun rəhbərinin müavini Yuri Pavlenko ilə söhbət edib:
- Dərhal qeyd etmək istərdim ki, Azərbaycan bizim üçün həmişə beynəlxalq siyasətdə strateji və çox vacib tərəfdaş olub. Çoxsaylı görüşlər və danışıqlar bunu sübut edir. Prezident Vladimir Zelenskinin də bunu təsdiq etməsi ölkələrimiz arasındakı münasibətlərdə sabitliyin və ardıcıllığın olduğunu göstərir.
Strateji tərəfdaşlıq həm də ölkələrimizin təşəbbüslərinin beynəlxalq arenada bir-birinə qarşılıqlı dəstəyidir.
Bu, Ukrayna və Azərbaycan prezidentlərinin müzakirə etdiyi iqtisadi əməkdaşlıq, qarşılıqlı sərmayələrdir və tərəfdaşlığın əsas amillərindən biridir. Əminəm ki, Azərbaycanın Ukraynanın Milli Təhlükəsizlik Strategiyasına daxil edilməsi növbəti müsbət siqnaldır. Biz bu vasitə ilə bir-birimizi gücləndiririk.
- Qeyd etməyə bilmərəm ki, bu qərar bəzi qonşu ölkələrin çox da xoşuna gəlmədi. Misal üçün, Azərbaycandan fərqli olaraq BMT-də Ukraynanın müvəqqəti işğal edilmiş ərazilər üzrə qətnaməni dəstəkləməyən Ermənistanda tənqidi yazılar dərc olundu. Bir sıra ekspertlərin və bəzi Ukrayna mətbu orqanlarının reaksiyası da aydın deyil. Məsələn, Ukraynanın “Avropa həqiqətləri” nəşrində dərc olunan materialda qeyd edilir ki, “Azərbaycanın bu siyahıda olması, yumşaq desək, təəccüblüdür”.
- Bilirsiniz, tənqid hər zaman olur. Ancaq ən əsası Ukrayna dövlətinin, ölkə rəhbərliyinin siyasətində ardıcıllığın olması və kimin əsl dost olduğunu başa düşməsidir. Bir daha təkrar edirəm ki, Azərbaycan uzun müddətdir bizim strateji tərəfdaşımıza çevrilib. Bakı və Kiyev həmişə razılaşmalara hörmətlə yanaşmış və bir-birlərinə dəstək olmuşlar. Bizim strateji tərəfdaşlığımız təbiidir və görülən konkret əməllərlə, zamanla özünü təsdiqləyib. Bizim ölkələrimizin arasını vurmaq istəyən bədxahlar həmişə olub, var və olacaq. Ancaq onlar heç nəyə nail olmayacaqlar. Məsələ yalnız hökumətlər arasındakı əməkdaşlıqda deyil, əslində hər şey xalqlarımızın əlindədir və bizim qarşılıqlı anlaşmamız, birliyimiz var.
Yeri gəlmişkən, ilin əvvəlində sizə verdiyim müsahibədə Ukraynanın parlament nümayəndə heyətinin ölkənizdəki parlament seçkilərindən sonra Bakıya gəlməyə hazırlaşdığını açıqlamışdım. Səfərə koronavirusla əlaqədar tətbiq edilən karantin mane oldu. Ancaq biz karantin müddəti bitəndən dərhal sonra Azərbaycana gəlməyi planlaşdırırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət