Ülvi Mehdiyev: “Evdə müalicə alanlar SMS-lə küçəyə çıxa bilməyəcəklər”


“Evdə izolyasiya çərçivəsində müalicə alan şəxslərə SMS-lə küçəyə çıxmağa icazə verilməyəcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, həmin şəxslərin SMS icazə almaq üçün müraciətinə müsbət cavab verilməyəcək.