Ülvi Mehdiyev özünə “Facebook” səhifəsi açıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyevin şəxsi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.
Sədr bildirib ki, buna səbəb müraciətləri daha asan qəbul etməkdir:
“Bu səhifə vasitəsi ilə fəaliyyətimizə dair mütəmadi paylaşımlar edəcəyəm, həyata keçirilən tədbirləri sizinlə paylaşacağam. Siz də təklif, rəy və şikayətlərinizi aktiv şəkildə mənə ünvanlaya bilərsiniz”.