Ümumdünya Səhiyyə Təşkilatı: " XXI əsrin sonunda siqaret qurbanlarının sayı bir milyarda çata bilər”






Son zamanlar siqaret əlehinə dünya üzə ciddi kampaniylar aparılsa da, əksəriyyət siqareti atmaq üçün tərəddüd edir. 

Sherg.az Fransanın "Lemonde.fr" saytına istinadən xəbər verir ki, "Science" (elm) jurnalında dərc olunan məqalədə alimlərin siqaretin insan həyatı üçün təhlükəsindən danışıblar. 

Onlar qeyd edib ki, bir il ərzində gündə bir qutu siqaret çəkmək insanın bütün hüceyrələrində təxminən 150 -ə yaxın fəsada yol açır. Hətta bu neqativ dəyişilmələr bronxitdən başlayaraq vərəm xəstəliyinə qədər aparır. Los Alomo universitetinin professoru Ludmil Aleksandrov qeyd edib ki, siqaret insanın qırtlağında 97, udlağında 39, ağız boşluğunda 23, qara ciyərində 6, sidik kisisindı isə 18 fəsad yaradır. 

Hətta alim söyləyib ki, siqaret insanın qırtlq, udlaq, ağız, ağ ciyər, qara çiyər, yimək borusu, sin və mədəaltı vəzində 17-ə yaxın şiş yaradır. Ümumdünya Səhiyyə Təşkilatının (DST) hesablamalarına görə, siqaret XX əsrdə yüz milyon adamın ölümünə səbəb olub. Təşkilar iddia edir ki, tütün aludəçiliyi ilə bağlı vəziyyət bu cür davam edərsə, XXI əsrin sonunda siqaret qurbanlarının sayı bir milyarda çata bilər".

http://www.lemonde.fr/sciences/article/2016/11/03/un-paquet-de-cigarettes-par-jour-induit-150-mutations-des-cellules-pulmonaires-par-an_5025065_1650684.html

Ayyət Əhməd