ÜST “CoronaVac” vaksini ilə bağlı qərar verəcək
06:19 09.02.2021
Arxiv
514
“Hazırda Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə heyəti Çindədir. ÜST tərəfindən təcili istifadə siyahısına daxil edilməzdən öncə “CoronaVac” və “Sinopharm” peyvəndlərinin beynəlxalq keyfiyyətə dair istehsal təcrübələrinə uyğunluğu qiymətləndirilir”.
Bu barədə Oxu.Az-a ÜST-ün Azərbaycandakı nümayəndəliyi məlumat verib.
“CoronaVac” təcili istifadə siyahısı üçün ən qısa müddətdə qiymətləndiriləcək. Qiymətləndirmə aparılandan sonra bu peyvənd haqqında daha çox şərh verə biləcəyik. Bundan əlavə, “CoronaVac” ilə eyni texnoloji inkişaf metodologiyasından istifadə edilərək istehsal olunan və uzun müddətdir istifadə edilən peyvəndlərin olduğunu qeyd etmək lazımdır”, - deyə nümayəndəlik əlavə edib.
Qeyd edilib ki, ÜST 31 dekabr tarixində “Pfizer/BioNTech” peyvəndini təcili istifadə üçün təsdiq edbi, 5 yanvar tarixində SAGE (ÜST-ün İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirib və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırlayıb:
“Hazırda iki peyvəndin sənədləri nəzərdən keçiririlir. Bunlar - “Moderna” və “AstraZeneca” peyvəndləridir. ÜST-ün prekvalifikasiya xidməti keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdə yerli qurumların bu qiymətləndirmələri aparmaq və qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası vardır.
Hazırda ictimaiyyətə təqdim olunan yeddi məhsuldan üçünün nəzərdən keçirilmiş effektivlik nəticəsi var (“Astrazeneca-Lancet”, “Pfizer-NEJM” və “Moderna-NEJM”). Digərləri nəzərdən keçirilir və ÜST prekvalifikasiya komandası ilə müzakirələr aparır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial