ÜST: Sentyabrda COVID-19-a yoluxma sayı həyəcan siqnalı olmalıdır
13:23 17.09.2020
Arxiv
533
“Sentyabr ayında yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxma sayı ilə bağlı qeydə alınan rəqəmlər bizim hamımız üçün həyəcan siqnalı olmalıdır”.
APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Kluqe virtual formatda keçirilən mətbuat brifinqində deyib.
“Bu rəqəmlər testlərin daha əhatəli aparıldığını əks etdirsə də, regionda virusun yayılma sürətinin həyəcanverici olduğunu göstərir”, - deyə o bildirib.
ÜST-ün Avropa üzrə ofisinin fövqəladə vəziyyətlə bağlı səlahiyyətli şəxsi Ketrin Smolvud isə deyib ki, koronavirusla bağlı 14 günlük karantin müddəti dəyişdirilməyəcək: “14 günlük karantin tövsiyəmiz xəstəliyin inkubasiya dövrü və ötürülməsi ilə bağlı araşdırmalarımızın nəticələrinə əsaslanır. Bu, yalnız araşdırma nəticələrində hər hansı dəyişiklik olarsa, o zaman yenidən nəzərdən keçirilə bilər”.
H.Kluqe isə vurğulayıb ki, karantin anlayışı qorunmalıdır və ona əsassız dəyişikliklər tətbiq olunmamalıdır.
Qeyd edək ki, Fransada karantin müddəti 7 günə, Böyük Britaniya və İrlandiyada isə 10 günə endirilib. Xorvatiya və Portuqaliya da daxil olmaqla, bəzi Avropa ölkələri bu rəqəmi azaltmağı nəzərdən keçirir.
Xatırladaq ki, Avropa regionunda 53 ölkədə indiyədək təxminən koronavirusa 5 milyondan çox yoluxma halı qeydə alınıb, 227 000 nəfər vəfat edib. ÜST-ün məlumatına görə, hazırda Avropa regionunda gündəlik 40-50 min yoluxma qeydə alınır. Yoluxmanın pik dövrü yaşanan mart və aprel aylarında bu rəqəm 43 000 olub.
Avropada bir gün ərzində rekord yoluxma sayı sentyabrın 11-də qeydə alınıb və bu rəqəm 54 000 olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya