Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Hərbi jurnalist, ehtiyatda olan zabit Üzeyir Cəfərov hərbi xidmətə qayıdıb.
Bu barədə Modern.az-a Üzeyir Cəfərovun özü məlumat verib.
O bu gündən Azərbaycan ordusunda polkovnik rütbəsində zabit kimi xidmət edəcək:
“Polkovnik rütbəsi alaraq hərbi hissələrdən birində bu gündən xidmətə başladım. Yaşasın Azərbaycan ordusu!”.