Vahid Əhmədov: “Qanun hara getdi xəbərimiz olmadı”





Milli Məclisin yaz sessiyasının bu günkü ilk iclasında deputat Vahid Əhmədov iki qanun layihəsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Sherg.az-ın xəbərinə görə deputat bildirib ki, 2016- cı ilin sonunda Azərbaycanın inkişaf modeli dəyişdirilərək "Strateji Yol Xəritəsi” təsdiq edildi: 

"Bu, çox ağır sənəddir. Bu sənədin həyata keçirilməsi üçün ciddi addımlar atılmalıdır. Biz illərdir ki, iki qanun layihəsinin qəbul edilməsini qaldırırıq. Amma onlar gündəliyə salınmır. Bunlardan biri " Maliyyə nəzarəti” haqqında qanun layihəsidir. Biz korrupsiyanın qarşısını almaq istəyiriksə, bu qanunu mütləq qəbul etməliyik. Maliyyə Nazirliyi bildirib ki, qanun üzərində işlənilir. Amma bu sənəd Milli Məclisə daxil olmur. Digər qanun isə " Rəqabət Məcəlləsi” dir. Qanunu iki dəfə müzakirə edib qəbul etmişik. Sonradan qanun hara getdi xəbərimiz olmadı. Doğrudan da bu qanun lazım deyilsə bunu xalqa demək lazımdır ki, Azərbaycanda rəqabət olmayacaq. Azərbaycanda monopoliyanı, inhisarçılığı aradan qaldırmaq lazımdır. Mən xahiş edirm ki, bu qanun layihələri gündəliyə salınsın”.

Spiker Oqtay Əsədov deputata cavab verərək deyib ki, "Rəqabət Məcəlləsi” üçüncü oxunuşda dəyişdirilmək üçün geri çağırılıb: 

"Bu da 2008- ci ildə başlanan böhran vəziyyəti ilə bağlıdır. Qanunun maddələri dəyişdirilməlidir. Dəyişəndən sonra yəqin ki, göndərəcəklər. "Maliyyə nəzarəti” məsələsi də nəzarətdədir. Hazırda o qanun üzərində işlənilir”.

Anar