Varşavada Xocalıya həsr olunmuş aksiya keçirilib - FOTO
14:18 26.02.2021
Arxiv
463
Varşavanın “Plac Zamkovy” meydanında Xocalıya həsr olunmuş məlumatlandırma aksiyası təşkil edilib.
Bu barədə Diasporla Iş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Polşa Azərbaycanlıları Şurasının (PAŞ) təşkilatçılığı ilə Varşavanın “Plac Zamkovy” meydanında və mərkəzi küçələrində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.
PAŞ sədri Fərid Cəfərli bildirib ki, mövcud pandemiya qaydalarına uyğun təşkil edilmiş aksiya zamanı açıq səma altında Xocalı soyqırımı ilə bağlı çəkilmiş şəkillərin sərgisi təşkil olunub.
Sərginin lövhəsinin önündə Varşavada təhsil alan azərbaycanlı tələbələr Fərid Abdullayev və Baba Abbasov gitara və tar alətlərində Qarabağa həsr olunmuş həzin musiqiləri ifa ediblər.
Yerli sakinlərə və turistlərə Xocalı soyqırımı haqqında dolğun məlumat verilib, faciəyə dair foto və məlumatların əks olunduğu bukletlər paylanılıb. Azərbaycanlı gənclər Polşa xalqını və hökumətini Xocalı soyqırımına susmamağa, Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləməyə çağırıblar. Aksiya zamanı sakinlərə çay da təklif edilib. Həmin çay fincanlarının üzərindən QR kodunu oxudan sakinlər mobil telefonlarının ekranında Xocalı soyqırımı ilə bağlı geniş məlumatla tanış ola biliblər.
Bundan başqa, soydaşlarımız Polşa Seyminin bütün deputatlarının elektron ünvanlarına “Xocalıya ədalət!” tələbi ilə bəyanatlar və yerli xəbər portallarına məlumatlar göndərməkdə davam edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual