Onlar qidalarının yüzdə 80 faizini öz bağlarından qarşılayır. Yanomami qadınları bağlarında məhsul bitənə qədər torpağı əkməklə məşğul olurlar. Amazon bölgəsində torpaq çox məhsuldar olmadığı üçün onlar bağlarını iki-üç ildən bir başqa yerlərə köçürmək məcburiyyətində qalırlar. Ov qəbilə yeməyinin yüzdə onunu təşkil etsə də, ovçuluq kişilər arasında çox vacib sayılır.
Vəfat etmiş qohumlarının külünü qaynadılmış bananla qarışdırıb yeyirlər - FOTOLAR
08:25 23.09.2020
Arxiv
1168
Yanomami qəbiləsinin qəribə ənənələri hər kəsi təəccübləndirir
Braziliya və Venesuela sərhədləri daxilində yaşayan "Yanomami qəbiləsi" qəribə ənənələri ilə hər kəsi təəccübləndirir.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, dünyada bir çox qəbilələr var və onların hər birinin də özünəməxsus fərqli adətləri mövcuddur. Belə qəbilələrdən biri də "Yanomami qəbiləsi" dir. Dünya əhalisi ilə heç bir təması olmayan bu qəbilə şiddətə marağı ilə diqqət çəkir. Xüsusilə də, qəbilənin kişiləri zorakılığa daha çox meyillidirlər. Qəbilə qadınları böyük heyvanları ovlamaq və öldürməkdən başqa bütün ev işlərindən cavabdehdirlər.
Onlar qidalarının yüzdə 80 faizini öz bağlarından qarşılayır. Yanomami qadınları bağlarında məhsul bitənə qədər torpağı əkməklə məşğul olurlar. Amazon bölgəsində torpaq çox məhsuldar olmadığı üçün onlar bağlarını iki-üç ildən bir başqa yerlərə köçürmək məcburiyyətində qalırlar. Ov qəbilə yeməyinin yüzdə onunu təşkil etsə də, ovçuluq kişilər arasında çox vacib sayılır.
Ov qaydaları arasında öldürdükləri heyvanın ətini yeməmək də var. Belə ki, hər ovçu özü öldürdüyü heyvanı başqasına verir. Əldə edilən ovlar qəbilə kişiləri arasında paylanılır. Yanomami qızları çox gənc yaşlarından analarına kömək etməlidirlər.
Müəyyən bir yaşa çatan gənc qızlara evlənmələri və çox uşaq dünyaya gətirmələri tələb olunur. Menstrual qan qəbilədə zəhərli sayılır. Qəbilədə qohum nikahları daha geniş yayılıb. Əksər də xala uşaqlarının evliliklərinə daha çox rast gəlinir.
Rituallar Yanomami mədəniyyətinin çox vacib bir hissəsi sayılır. Burada hər canlının, daşın, qayanın və ya hər hansı bir əşyanın ruhu olduğu düşünülür.
Bu ruhların bəzən yaxşı, bəzən pis olduğu deyilir. Qəbilə daxilində təşkil olunan mərasimlərin əksəriyyətinə qadınların gəlməsi qadağandır. Lakin onlar mərasimin hazırlanmasında vacib rol oynayırlar.
Çünki qadınlar böyük mərasimlərdə kişilər üçün yemək və içki hazırlayırlar. Qəbilənin ən maraqlı xüsusiyyətlərindən biri isə vəfat etmiş bir qohumun külünün qaynadılmış bananla qarışdırılıb istehlak edilməsidir.
Bu ənənə Yanomami xalqını gücləndirmək və həmin şəxsin ruhunu yaşatmaq üçün edilir. Bununla da, onlar mərhumun güclərinin onlara keçəcəyinə inanırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm