Vilyam Hacıyev məhkəməyə gətirildi

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev məhkəməyə gətirilib.

APA xəbər verir ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Səbail rayon Məhkəməsinə gətirilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin ötən gün İmişli rayon İcra Hakimiyyətində xüsusi əməliyyat keçirdiyi və rayon icra hakimiyyətin başçı Vilyam Hacıyevin saxlandığı yayılıb. Bu gün Prezident İlham Əliyev tərəfindən Vilyam Hacıyevin tutduğu vəzifədən azad edilib.