"Virtual məktəb"lə bağlı alternativ müraciət vasitələri yaradıldı
11:26 16.09.2020
Arxiv
593
Sentyabrın 15-dən etibarən “Virtual məktəb" layihəsi ilə bağlı 146-4 “Qaynar xətt” xidməti istifadəyə verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, daxil olan müraciətlərin çoxluğunu nəzərə alaraq vətəndaşlara digər alternativ resurslardan istifadə imkanları yaradılıb.
Belə ki, "Virtual məktəb"lə bağlı "Qaynar xətt" xidməti ilə yanaşı teams@tsii.edu.az elektron poçt ünvanı, Virtual.edu.az vasitəsilə “Virtual Bələdçi”nin tez-tez verilən suallar xidməti, sosial media vasitəsilə “Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (https://rb.gy/fdrnxn) ismarıc bölməsinə müraciət edə bilərsiniz.
Xatırladaq ki, pandemiya şəraitində vətəndaşların təhsil sahəsi ilə bağlı qarşılaşdıqları bir sıra çətinlikləri həll etmək, eləcə də onlara psixoloji dəstək məqsədilə Təhsil Nazirliyi mövcud xidmətlərini daha da təkmilləşdirir və yeni xidmətlər təqdim edir. Artıq bir müddətdir ki istifadəyə verilən 146-3 "Qaynar xətt" xidmətinə mənəvi-psixoloji dəstəyə ehtiyacı olan şagirdlər, müəllimlər, eləcə də bütün vətəndaşlar müraciət edə bilərlər. Bu zaman hər bir vətəndaşa məktəb psixoloqları tərəfindən telefon vasitəsilə psixoloji konsultasiya təşkil edilir, lazımi dəstəklə təmin olunurlar.
146-3 "Qaynar xətt" xidməti həftəiçi hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya