Virusun yeni dalğası gəlir – HAZIRLIQ TƏDBİRLƏRİ AÇIQLANDI
14:03 18.09.2020
Arxiv
741
Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada COVID-19 infeksiyasının yayılması ilə bağlı vəziyyətin ağırlaşmağa başladığı barədə açıqlama yayıb. Hazırda Avropada gündəlik yoluxma hallarının sayı mart ayındakı vəziyyəti üstələyib. Virusa yoluxanlar arasında gənc və orta yaşlı şəxslərin üstünlük təşkil etməsi isə vəziyyətin daha da təhlükəli şəkil almasına səbəb olub. Mütəxəssislər bunu qitədə virusun yeni dalğası kimi qiymətləndirir. Həmçinin bəzi tibb mütəxəssisləri yeni dalğanın bütün ölkələri əhatə edəcəyi ilə bağlı həyəcan təbili çalıb.
Mövzu ilə əlaqədar olaraq Lent.az -ın suallarını cavablandıran Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib ki, Azərbaycanda COVID-19-un yeni dalğası qaçılmazdır:
“Sadəcə olaraq, virusun yeni dalğasının hansı səviyyədə olacağı bəlli deyil. Yəni, növbəti dalğa zamanı yaydakı kimi kütləvi yoluxma hallarının olub-olmamasını Azərbaycan üçün dəqiq proqnoz etmək mümkün deyil, çünki biz digər ölkələrdəki kimi yumşalmalara gedən zaman virus daşıyıcısı qalıq xəstələrin sayını dəqiq bilmirdik. Amma hər kəs bilməlidir ki, bu təhlükə Azərbaycan üçün hələ də var, realdır”.
Azərbaycanlı alim hesab edir ki, virusun yeni dalğası zamanı az itki ilə çıxmaq üçün COVID-19-la mübarizə strategiyası gücləndirilməlidir: “Bununla yanaşı, dəqiq yoluxma hallarının müəyyənləşdirilməsi üçün fərqli test strategiyaları tətbiq edilməlidir. Ölkəmizdə yeni dalğaya qarşı hazırlıq işləri çərçivəsində tibbi personallar müəyyən kurslara cəlb edilməlidir. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin tələbələrinə də koronavirus xəstələri üçün ayrılmış tibb müəssisələrində təlimlər keçirilməlidir. Bu, virusun yeni dalğası zamanı kütləvi yoluxma hallarının olacağı təqdirdə virusla ön cəbhədə mübarizə aparan həkimlərin dəstəyi deməkdir. Eyni zamanda, belə olan halda daha xaricdən əlavə tibb heyətinin gətirilməsinə ehtiyac qalmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət