Vyanada bal mövsümü ləğv edildi
12:24 19.09.2020
Arxiv
524
COVID-19 pandemiyası ilə əlaqədar Vyana şəhərində təşkil olunan əsas ballar ləğv edilib.
Lent.az xəbər verir ki, bu barədə qərar Vyana Ənənəvi Ballar Komitəsinin xüsusi iclasında qəbul edilib.
Bal mövsümü Vyana şəhərində mühüm iqtisadi faktordur. Vyana İqtisadiyyat Palatasının məlumatına görə, hər il orta hesabla müxtəlif ballarda 520 min insan iştirak edir və 151 milyon avro həcmində ümumi dövriyyə meydana gəlir. Klassik musiqinin paytaxtı hesab edilən Vyanada ballar öz tarixi ənənələri ilə tanınırlar və qış mövsümünü ballar olmadan təsəvvür etmək mümkün deyil.
Komitə iclasda qapalı məkanlarda tətbiq olunan məhdudiyyətlərin balların ənənəvi formada təşkilini mümkünsüz edəcəyi qənaətinə gələrək, iştirakçı və təşkilatçıların sağlamlığı üçün belə bir qərar qəbul etdiyini bəyan edib. Vyana balları içərisində xüsusi çəkisi olan Vyana Opera Balının baş tutub-tutmayacağı barədə suala isə aydınlıq gətirilməyib, Vyana Dövlət Operası da bu mövzuda açıqlama verməyib./AZƏRTAC
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi