"Mehriban xanım Əliyevanın vitse-prezident təyin edilməsi bir neçə aspektdən məqbuldur və məqsədəmüvafiqdir".
Bunu Sherg.az-a Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə münasibət bildirərkən millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Onun sözlərinə görə, vitse-prezidentlik institutu yaranan gündən insanlar Mehriban xanımı birmənalı olaraq birinci vitse-prezident kimi görürdülər:
"Bu təyinatı hamı istəyirdi. Səbəb nə idi? Birincisi, Mehriban xanım cənab prezidentə ən sadiq və sədaqətli insanlardan biridir. İnsanlar ölkədə əminamanlıq istəyir. Heydər Əliyevin dövlət quruuluğu modelinin ömürlük və ya uzunmüddətli olmasını istəyir. Ona görə də, cənab prezidentə ən sadiq və doğma insanın onun yanında olmasını istəyir. Digər səbəb odur ki, Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti olan dövrdə onun gördüyü xeyriyyəçilik işləri - əlil və kimsəsiz insanlara diqqət göstərməsi, onların mənzil və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atdığı silsilə addımlar ona cəmiyyətdə böyük sevgi yaratdı. Xalq Mehriban xanımı böyük xeyriyyəçi və öz himayədarı kimi çox istəyir".
Millət vəkili diqqətə çatdırıb ki, Mehriban xanım Əliyeva yüksək təşkilatçılıq qabiliyyətinə malik bir insandır:
"O, deputat kimi parlamentə onlarla əfv fərmanı verib və yüzlərlər ailəni sevindirib. Digər bir məsələ odur ki, Mehriban xanım ən bacarıqlı və zirək təşkilatçılardan biridir. Onun təşkilatçılığının kuliminasiya nöqtəsi isə Azərbaycanda 2015-ci ildə baş tutan İlk Avropa Oyunları oldu. Avropa Oyunları Azərbaycanın dünyadakı imicini yüksəltdi. Vu hazırda da IV İslam Oyunlarının Təşkilat Komitəsinin sədridir. Mehriban xanım öz təşkilatçılığı ilə bir daha sübut edib ki, o, idarəetməni bacaran şəxsiyyətdir. Digər bir aspekt odur ki, Mehriban xanım beynəlxalq aləmdə dil bilgisi və digər bacarıqları ilə nüfuz qazanan şəxsiyyətdir. Beynəlxalq arenalarda möhtərəm prezidentimizin yanında olub, beynəlxalq münasibətləri dərindən öyrənməsi və Azərbaycanı dünyada təmsil etməsi ilə seçilib. Bilirsiniz ki, Papa ilə görüşüb, daha sonra Fransada Azərbaycan Mədəniyyət Mərkəzi yaradıb. Parlamentdə Azərbaycan Fransa Dostluq qrupunun rəhbəridir. Bütün bu keyfiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu və yerini göstərir".
H. Rəcəblinin fikrincə, Mehriban xanım dünyada Azərbaycan xanımının liderlik keyfiyytələrini özündə təcəssüm etdirir:
"Cəmiyyət Mehriban xanımdan gözləntisi nədir? Sabitliyin qorunması üçün, prezidentimizlə eyni nöqtəyə vuran insan onun yanında olacaq. Bu ən vacib məsələlərdən biridir. Bir məsələ də odur ki, Prezidentin gərgin əməyi, zəhməti bölünəcək və Mehriban xanımda bu məsələlərlə məşğul olacaq. Onun səlahiyyətləri artacaq. Mehriban xanım hakimiyyətin idarəedilməsində bəzi paralellərin, uyğunsuzluqların çözülməsində möhətəm prezidentimizin yanında olacaq. Onun ağır idarəetmə əziyyətini böləcək. Bu da, vacib məslələrdən biridir. Həm də bununla Azərbaycanda sosial müdafiə amilinə geniş yer veriləcək. Bu da, insanların ən vacib gözləntilərindən biridir".
Qeyd edək ki, Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib. Lent.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Ayyət Əhməd