Xanım deputat xahiş etdi – “Köməkçilərimizə status verilsin ki, ev ala bilsinlər”





Xanım deputat Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsini təklif edir. 

Sherg.az-ın məlumatına görə, E.Axundovparlamentin bugünkü iclasında deyib ki, köməkçilərinin çoxunun mənzili yoxdur: 

"Bu gün sosial ipoteka üçün 3 il dövlət qulluqçusu stajı tələb olunur. Xahiş edirəm ki, 125 deputat köməkçisinə 5 il fəaliyyətləri ərzində dövlət qulluqçusu statusu verilməsi məsələsi həllini tapsın”.

Anar