Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib
16:56 21.09.2020
Arxiv
608
Xarici İşlər Nazirliyinin Kollegiyasının yeni tərkibi müəyyənləşib.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
Qərara əsasən, Kollegiyanın sədri Xarici İşlər naziri, Kollegiyanın üzvləri Xarici İşlər nazirinin müavinləri, “ADA” Universitetinin rektoru, Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi olacaq.
Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Xarici İşlər nazirinin dəyişdirilməsinə dair müvafiq Sərəncamları ilə əlaqədar Xarici İşlər Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb. Nazirlər Kabinetinin bu Qərarının qəbul edilməsi ilə Xarici İşlər Nazirliyinin Kollegiya üzvləri yalnız tutduqları müvafiq vəzifə (ad və soyad göstərilmədən) qeyd edilməklə Kollegiya üzvü kimi təsdiq edilirlər. Bu isə, öz növbəsində, kollegiya üzvlərinin vəzifələri ilə bağlı mümkün dəyişikliklərin baş verməsi səbəbindən kollegiyanın tərkibinə dəyişiklik edilməsi zərurətini aradan qaldırır. Eyni zamanda qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında” qanunun tələblərinə uyğun olaraq normativ hüquqi aktların tez-tez dəyişdirilməməsi baxımından son dövrlər kollegiya üzvlərinin təsdiqi ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən Qərarlarda şəxslərin ad və soyadları deyil, müvafiq vəzifələri göstərilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya