Xilas olan dənizçilər: “Qorxu filmlərindəki kimi idi”
07:10 30.01.2021
Arxiv
553
Nigeriya sahillərində hücuma məruz qalan Türkiyəyə məxsus “Mozart” gəmisindən qaçırılan üç dənizçi başlarına gələnləri İstanbul hava limanında jurnalistlərlə paylaşıblar.
Bu barədə “Haber Global” xəbər yayıb.
Gəminin dördüncü kapitanı Furkan Eren piratların əlindən necə xilas olmaları barədə danışıb:
“İlk siqnal gələn kimi ballistik qapılarımızı və təhlükəsizlik qapımızı bağlayıb gözləməyə başladıq.
Gəmiyə dəyən kiçik zərərlər dəstək komandamız tərəfindən düzəldilir. Zəif yaralanmışam, yaxşıyam”.
Baş mühəndis İlhan Süha Tatlıgül deyib ki, “bir neçə gün yatmayıb gəmini qurtardıq. Qapılara qorxulu filmlərdə olduğu kimi saatlarla atəş açdılar, mühərrikli mişarlarla qapıları kəsməyə başladılar. Məni tapa bilmədilər. Əvvəlcə gəmini xilas etdim, sonra ailəmlə əlaqə qurdum”.
Dənizçilər ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana, müvafiq qurumlara onlara göstərilən köməyə görə təşəkkür ediblər və əsir düşənlərin tezliklə ailələrinin yanına qayıtmalarını diləyiblər.
Xatırladaq ki, 19 nəfərlik heyətdən ibarət gəmiyə piratların hücumu nəticəsində Azərbaycan vətəndaşı Fərman İsmayılov öldürülüb, 15 nəfər əsir götürülüb. Furkan Yaren, İlhan Süha Tatlıgül və Bahadır Yeşilalan adlı dənizçilər isə piratların əlindən gizlənə biliblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya