XİN ATƏT-in Daimi Şurasının xüsusi iclası ilə bağlı məlumat yaydı
13:08 30.09.2020
Arxiv
434
Dünən Azərbaycan Respublikasının ATƏT yanında Daimi nümayəndəliyi ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çıxış zamanı bu ilin 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını və cəbhə xətti boyunca iri miqyaslı hərbi təxribatların həyata keçirdiyini vurğulanıb.
Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq, məqsədyönlü şəkildə mülki əhalini və infrastrukturu hədəfə aldığı barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirildiyi bildirilib.
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzünün beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulması olduğu vurğulanıb.
Çıxış zamanı beynəlxalq ictimaiyyət tərəfindən, ATƏT daxil olmaqla, Ermənistanın təhrikedici bəyanatlarına və təcavüzkar əməllərinə adekvat reaksiyanın olmadığı, eləcə də, Helsinki Yekun Aktının prinsiplərinin yerinə yetirilməsində ikili standart və selektiv yanaşmanın tətbiq edilməsi yalnız işğalçı ölkənin cəzasızlığına yol açan Ermənistanın hazırkı təxribatçı fəaliyyətinə töhfə vermiş olduğu bildirilib.
Atəşkəsə çağırışla bağlı bir sıra çıxışlar barədə beynəlxalq ictimaiyyətin diqqətə çatdırılıb ki, atəşkəsin pozulması və vəziyyətin eskalasiyasının əsas səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərdə qanunsuz mövcudluğu və münaqişənin davam etdirilməsidir.
Çıxışda zamanı qeyd edilib ki, Azərbaycan tərəfi ümid edir ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın niyyətinin ciddiliyini nəhayət tam anlayacaq və bölgədə sülhün təmin edilməsi üçün Ermənistandan işğal edilmiş ərazilərdən tam və qeyd şərtsiz çıxmasını tələb edəcək. Bu zamana kimi Azərbaycan legitim hərbi əməliyyatlarını davam etdirəcək.
Çıxışda bir daha bildirilib ki, Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan tərəfindən arzu edilən nəticəni heç bir zaman verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktında əks edilmiş Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.
Sonda bildirilib ki, nə qədər tez bir zamanda Ermənistan bu həqiqətlər ilə razılaşsa, bir o qədər tez münaqişə həll ediləcək və region dövlətləri və xalqları əməkdaşlıq və iqtisadi inkişafdan bəhrələnə biləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya