XİN: Ermənistan mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alır
12:19 02.10.2020
Arxiv
524
Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən Azərbaycanın Şəmkir və Bərdə rayonlarının atəşə tutulması ilə bağlı açıqlama yayıb.
XİN-in Mətbuat Xidməti İdarəsindən APA -ya verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, 2 oktyabr 2020-ci il tarixində günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur.
“Ermənistan silahlı qüvvələri, həmçinin işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.
Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur.
Təcavüz siyasətini davam etdirən Ermənistan, ölkə rəsmilərinin bəyan etdiyi kimi “yeni ərazilər əldə etmək üçün yeni müharibə” taktikasını həyata keçirməyə çalışır.
Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcəkdir. Bir daha bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür”, - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya