Xüsusi əhali qrupları üçün ölkəyə vaksin gətirildi - RƏSMİ
09:23 10.10.2020
Arxiv
506
Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik, həmçinin infeksiya üzərində epidemioloji nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi zəruridir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, COVID-19 pandemiyasının davam etdiyi müddətdə digər respirator xəstəliklərlə yanaşı, həm də mövsümi qrip xəstəliyinə yoluxmamaq üçün müəyyən qaydalara riayət etmək vacibdir.
Bildirilib ki, diqqət yetirilməli ilk məqam immunitetin möhkəmləndirilməsinə nail olmaqdır. Bunun üçün düzgün qidalanmaya riayət etmək lazımdır. Vitaminlərlə zəngin meyvə-tərəvəzlərin qida rasionuna daxil edilməli, qapalı məkanların tez-tez havalandırılmalı, tibbi maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmalı və fiziki məsafənin qorunmasına diqqət yetirməlidir.
Bununla yanaşı, qrip xəstəliyinin qarşısının alınması üsullarından biri də vaksinasiyadır. Məhz bu vaksinasiyanın ölkəmizdə də aparılması məqsədilə Səhiyyə Naziri müvafiq əmr imzalayıb. Bu məqsədlə xüsusi əhali qrupları üçün ölkəyə mövsümi qrip əleyhinə vaksin artıq gətirilib.
Qeyd olunub ki, oktyabrın 12-dən başlayaraq əhali arasından müəyyən olunmuş risk qruplarına aid şəxslərin mövsümi qripə qarşı vaksinasiya kampaniyasına start veriləcək. Bu kampaniya zamanı ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər vaksinasiyaya cəlb ediləcəklər.
Kampaniya çərçivəsində bu əhali qruplarından olan şəxslər yaşayış yeri üzrə əhaliyə xidmət göstərən ambulator-poliklinik müəssisələrə müraciət edərək, həkim baxışından keçib peyvənd vurdura bilərlər.
Kampaniya 1 ay müddətində davam edəcək. Qeyd edək ki, peyvənd pulsuz olacaq. Artıq yerlərdə hazırlıq işləri tamamlanıb.
Lakin bununla yanaşı digər profilaktik tədbirlərin də aparılması çox önəmlidir. Bu ilin payız-qış mövsümündə belə kompleks yanaşma ilə respirator infeksiyalarla xəstələnmə göstəricilərində epidemioloji stabilliyin əldə olunmasına nail oluna bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual
Tiktokda canlı yayım açan müəllim işdən çıxarıldı
15:14 26.10.2026
Elm və Təhsil