YAP Avropa Xalq Partiyasına etiraz məktubu göndərib
07:40 05.02.2021
Arxiv
509
Yeni Azərbaycan Partiyası Avropa Xalq Partiyasının (EPP) Siyasi Assambleyasının (PA) 1 fevral 2021-ci il tarixli videokonfransında Azərbaycanla bağlı səsləndirdiyi qərəzli bəyanatla əlaqədar etiraz məktubu ünvanlayıb.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda deyilir: “EPP PA üzvlərinin diqqətinə çatdırırıq ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın şərtlərinə tam əməl edir. Bu çərçivədə Azərbaycanla Ermənistan arasında yüzlərlə hərbi əsir, girov və cəsədlərin mübadiləsi həyata keçirilib və proses beynəlxalq normalara uyğun şəkildə davam etdirilir.
Lakin müharibəyə son qoyan 10 noyabr bəyanatından sonra Ermənistandan Azərbaycan ərazilərinə gələrək təxribat-diversiya əməlləri törədən və ələ keçirilən terrorçular müharibə əsirləri hesab oluna bilməz və onların məsələsi müvafiq qanunlar çərçivəsində öz həllini tapacaq.
Üstəlik, Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan tərəfi birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş 4 mindən artıq Azərbaycan vətəndaşının taleyi və onların kütləvi dəfn olunduqları yerlər barədə məlumat verməkdən imtina edir.
Ermənistan vəziyyəti düzgün dəyərləndirməli, özünütəcridə gətirib çıxaran əvvəlki səhvlərini təkrarlamamalıdır. Bu baxımdan, beynəlxalq ictimaiyyət üçtərəfli bəyanatın tam icrasına, bölgədə sülhün və etimadın bərqərar olmasına və xalqlarımız arasında barışığa dəstək olmalıdır".
YAP-ın Avropa Xalq Partiyasına ünvanladığı etiraz məktubunda daha sonra qeyd olunur: “Azərbaycan münaqişənin əhatə etdiyi bölgələrdə yaşayan erməni mənşəli vətəndaşlarını özünün siyasi, sosial və iqtisadi məkanına reinteqrasiya etməkdə qərarlıdır və özünün suverenliyi və ərazi bütövlüyü çərçivəsində etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquq və azadlıqlarına təminat verir.
Ermənistan işğalının ağır nəticələrini aradan qaldırmaq, bu əraziləri partlamamış sursatlardan təmizləmək, bərpa və yenidənqurma işləri aparmaq çox çətin və böyük resurslar tələb edən işdir. Buna baxmayaraq, Azərbaycan artıq bütün bu işlərə və yüz minlərlə məcburi köçkünün öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli dönüşü üçün şərait yaratmağa başlayıb.
Onu da qeyd etmək lazımdır ki, çoxetnoslu və çoxdinli bir ölkə olaraq özünün mədəni müxtəlifliyi ilə fəxr edən Azərbaycan mənşəyindən asılı olmayaraq, bölgədəki bütün dini və mədəni irsin qorunmasına, bərpasına və istifadəsinə böyük önəm verəcək.
EPP PA üzvlərinə birtətəfli bəyanatlar səsləndirməzdən əvvəl məsələ barəsində daha ətraflı informasiya toplamağı tövsiyyə edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur