Yaqub Mahmudovun “Azərbaycan diplomatiyası” kitabı türk dilində də çap olundu - FOTO
12:37 07.09.2020
Arxiv
601
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun “Azərbaycan diplomatiyası: Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə əlaqələri (XV-XVII yüzilliklər)” adlı kitabı Türkiyənin paytaxtı Ankara şəhərində türk dilində işıq üzü görüb.
Tarix İnstitutundan"Sherg.az"a verilən məlumata görə, Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdindəki Atatürk Araşdırma Mərkəzi tərəfindən nəşr edilən kitabın tərcüməçisi tanınmış türkiyəli professor Sebahattin Şimşirdir.
Monoqrafiya Azərbaycanın diplomatiya tarixinin ən maraqlı dövrlərindən birinə həsr olunub. Əsərdə XV-XVII əsrlərdə Avropa ölkələrində danışıqlar aparmış Azərbaycan diplomatlarının, həmçinin Ağqoyunlu və Səfəvi saraylarında olmuş Qərb səyyahları və səfirlərinin fəaliyyətləri işıqlandırılıb. Kitabda Azərbaycanın diplomatiya tarixinə dair zəngin faktik materiallar verilib. Əsərdəki bir çox yeni mənbələr - Ağqoyunlu və Səfəvi hökmdarlarının xarici ölkələrin hakimləri ilə yazışmaları, mühüm siyasi tapşırıqla Şərqə yola salınan Avropa diplomatlarına verilmiş məxfi təlimatlar, Qərbi Avropa diplomatlarının Ağqoyunlu və Səfəvi saraylarından öz ölkələrinə göndərdikləri məxfi məlumatlar, Osmanlı sultanlarının gömrük qanunları və s. qiymətli sənədlər müəllif tərəfindən elmi dövriyyəyə ilk dəfə daxil edilib. Monoqrafiya tarixçilər, diplomatlar, Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənən tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Nəşrdə yazılır ki, Çaldıran döyüşündə (1514) türk dünyası, bütövlükdə islam aləmi ağır məğlubiyyətə uğradı. Bu qardaş qırğını bütün əvvəlki fəlakətlərdən fərqli olaraq Qərb müstəmləkəçilərinin Şərqdə möhkəmlənməkdə olduğu dövrə təsadüf edirdi. Bu mənada Çaldıran döyüşü türk-islam dünyasının tarixi faciəsi, Qərb müstəmləkəçilərinin isə strateji qələbəsi idi. Bu döyüş Azərbaycan və Türkiyə üçün tarixin ibrət dərsidir.
Sevindirici haldır ki, müasir mərhələdə Azərbaycan və Türkiyə türk-islam dünyasının tarixi faciələrindən düzgün nəticə çıxararaq hər zaman bir-birini tərəddüdsüz dəstəkləyib və dəstəkləyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Azərbaycan üçün təkcə dost yox, qardaş ölkədir. Bu baxımdan fərəhli haldır ki, AMEA-nın Tarix İnstitutunun araşdırmaları türkiyəli elm adamları tərəfindən yüksək qiymətləndirilərək qəbul edilir. Bugünlərdə Yaqub Mahmudovun “Azərbaycan diplomatiyası” kitabı haqqında “Thomson Reuters” bazasına daxil olan “Bilig” jurnalında müsbət rəy dərc olunub. Rəyin müəllifi tanınmış türkiyəli alim Samet Zenginoğludur. Rəyçi bildirir ki, müəllif əsərində türk dünyasının tarixi və diplomatiya tarixinə dair tədqiqatlar baxımından oxuculara çox gərəkli məlumatlar təqdim edib. Qeyd olunur ki, əsərdə Ağqoyunlu, Səfəvi və Osmanlı dövlətlərinin Avropa ölkələri ilə diplomatik münasibətləri müxtəlif dillərdə olan 600-dən çox qaynaq və tədqiqat əsasında araşdırılıb.
Xatırladaq ki, “Azərbaycan diplomatiyası” kitabı rus, ingilis və italyan dillərində də çap olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu agentliyin kibi təsdiqlənib
18:36 02.03.2026
Gündəm
ABŞ Bəhreyndəki səfirliyini bağladı
18:21 02.03.2026
Dünya
İranın yeni liderindən ilk açıqlama: Bu bəlanı da dəf edəcəyik
18:06 02.03.2026
Dünya
Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
17:41 02.03.2026
Gündəm
Xameneinin həyat yoldaşı vəfat etdi
17:39 02.03.2026
Dünya
ABŞ-ın müharibə naziri: İranda rejim dəyişəcək
17:38 02.03.2026
Gündəm
Ararat Mirzoyan və Marta Kos arasında telefon danışığı oldu
17:23 02.03.2026
Gündəm
Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib
16:43 02.03.2026
Gündəm
İranın yeni lideri ilə bağlı açıqlama: Tezliklə təqdim olunacaq
16:15 02.03.2026
Gündəm
Vüqar Mustafayev Yaşar Gülərlə görüşdü
16:08 02.03.2026
Dünya
Tramp: İran razılığa gəlmək istəyir
16:05 02.03.2026
Gündəm
İranın hücumundan sonra Qətərdə türk vətəndaşları təxliyə gözləyir
15:51 02.03.2026
Gündəm
MN: Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
15:42 02.03.2026
Aktual
Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib
15:27 02.03.2026
Dünya
Paşinyan: Xameneinin bu rolunu heç vaxt unutmayacağıq
15:00 02.03.2026
Region