Yardımlıda narkotik əməliyyatı: Yeddi kq heroin və odlu silah ələ keçirildi – FOTO
15:33 29.04.2020
Arxiv
892
Yardımlı sakinindən külli miqdarda narkotik vasitə odlu silah aşkarlanıb.
Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib.
Belə ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Gavran kənd sakinləri Cəbrayıl Yusibov və Zamin İbrahimov Yardımlı-Deman-Arvana yolunun 11-ci kilometrində sonuncunun idarə etdiyi “VAZ-2106” markalı avtomobildə saxlanılaraq şöbəyə gətiriliblər.
Avtomobilin salonuna baxış zamanı ümumi çəkisi 16 kiloqramdan çox olmaqla yeddi kiloqramdan artıq heroin, altı kiloqram 720 qram qurudulmuş marixuana, bir kiloqram 885 qram tiryək, 614 qram psixotrop maddə olan metamfetamin, həmçinin bir ədəd “Baretta A6” markalı tapança, həmin silaha aid iki sandıqça və 20 ədəd patron aşkar olunaraq götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, bu şəxslər hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə, psixotrop maddə və silah-sursatı Yardımlı rayonu ərazisində qəbul ediblər Daha sonra Cəbrayıl Yusibov və Zamin İbrahimov narkotik vasitələri Yardımlı rayonunda əvvəlcədən müəyyən edilmiş yerdə gizlətməli imişlər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zamin İbrahimov və Cəbrayıl Yusibov tutularaq istintaqa təqdim olunublar.
Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm