“YAŞAT" Fondu 1472 şəhid ailəsinin 1772 üzvünə ödənişlər həyata keçirməyə başlayıb
16:24 06.01.2021
Arxiv
345
"YAŞAT" Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tutmaqla bərabər, bu kateqoriyadan olan şəxslərin ehtiyaclarını qarşılamağa davam edir.
“ASAN xidmət”-dən APA-ya verilən məlumata görə, şəhid İbrahimov Xeyrulla Mais oğlunun xaricdə təhsil alan övladının təhsil haqqı, şəhid Mirzalıyev Kamal Əjdər oğlunun ailəsinin isə məişət şəraitinin yaxşlaşdırılması “YAŞAT” Fonduna edilən ianələr hesabına qarşılanıb.
İrihəcimli yardımlar da davam edir. Belə ki, müalicələri davam edən qazilərimiz üçün “GİGER” tibbi reabilitasiya avadanlığı alınıb. Müvafiq avadanlıq gün ərzində 35-40 qazimizin müalicəsi üçün istifadə olunur.
Bu günə qədər 2706 şəhidin 11 mindən çox ailə üzvü və 100-dək yaralanan şəxslə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Şəhid ailələrinin ehtiyacları ilə bağlı aparılan təhlillərin nəticəsi olaraq 1472 şəhid ailəsinin 1772 nəfər ailə üzvünə Fond tərəfindən ödənişlərin həyata keçirilməsinə başlanılıb.
Belə ki, 534 şəhid ailəsinin 737 ailə üzvünün tibbi müalicə xərclərinin, 313 şəhid ailəsinin 410 ailə üzvünün borc öhdəliklərinin və 25 şəhid ailəsinin 25 ailə üzvünün təhsil haqqının ödənilməsinə, o cümlədən təhsil ilə bağlı bəzi xərclərin qarşılanmasına, eyni zamanda 600 şəhid ailəsinin məişət şəraitinin yaxşılaşdırılmasına (evin təmiri və istilik sisteminin təminatı) başlanılıb.
Həmçinin yeni alınmış avadanlıq vasitəsilə 40-dan çox yaralının müalicəsi aparılır, 8 yaralıya isə mütəxəssislər tərəfindən təyin olunmuş cihazlar təqdim edilib ki, həmin avadanlıq və cihazlar vasitəsilə onların əlilliyinin aradan qaldırılması təmin olunur.
Yardımlar barədə ətraflı hesabat Fondun yaxın günlərdə istifadəyə veriləcək portalında yerləşdiriləcək.
Müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının qarşılanması davam etdiriləcək. Xatırladaq ki, Fondun əməkdaşlarından ibarət 69 qrup zəruri planşetlərlə təmin olunub və bütün zəruri ehtiyaclar elektron qaydada qeydə alınır. "YAŞAT" Fondunun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.
"YAŞAT" Fondunun bank rekvizitləri ilə http://vxsida.az/az/annouces/1493 keçidi vasitəsi ilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region
FSB: Ukraynaya məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanıldı
11:42 31.07.2026
Dünya
Bərdədə 79 yaşlı kişi kanala yıxılaraq boğulub
11:37 31.07.2026
Hadisə
Taleh Kazimov: Valyuta hərraclarında tələb kəskin azalıb
11:28 31.07.2026
İqtisadiyyat
Estetik cərrah və anestezioloqa hökm oxunub
11:16 31.07.2026
Cəmiyyət