Yaşlı qadın və kişini evində döyən şəxslər həbs edildi - FOTO
06:53 01.09.2020
Arxiv
617
Şamaxı rayonunda mənzilə basqın edərək ahıl yaşlı qadın və kişiyə qarşı zorakılıq edən, onlara məxsus əşyaları talan edən şəxslər tutulub.
APA-nın yerli bürosunun xəbərinə görə Şamaxı şəhər sakini Niyazova Zərifə İsmayıl qızı rayon polis şöbəsinə müraciət edərək bildirib ki, 24 avqust 2020-ci il tarixdə gecə saat 2 radələrində yaşadığı, Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 ünvanında yerləşən fərdi yaşayış evinə naməlum şəxslər hücum edərək onu və həyat yoldaşı Niyazov Polad Mecid oğlunu döyərək əmlakını talan edib. Aparılmış istintaq tədbirləri zamanı müəyyən edilmişdir ki, Şamaxı şəhər sakinləri-1999-cu il təvəllüdlü Heybətov Elxan Ənvər oğlu, 1992-ci il təvəllüdlü Həmidov Pərvin Babək oğlu və 1985-ci il təvəllüdlü Pənahov Valeh İbadulla oğlu özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olub və bir qrup şəxs halında cinayət əlaqəsinə giriblər. Onlar həmin gecə Niyazova Zərifə İsmayıl qızının yaşadığı fərdi yaşayış evinin taxta pəncərəsini sındıraraq qanunsuz olaraq mənzilə daxil olub, evdə olan qadın və kişidən 22 min ABŞ dolları məbləğində pulun verilməsini tələb edərək yumruqla, evdə olan çəlik (əsa) və bıçaqla Niyazova Zərifə İsmayıl qızını və Niyazov Polad Mecid oğlunu vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Sonra quldurlar evdə olan “Nokia 112” markalı, “Samsung Galaxy J2” markalı mobil telefonları, 17 manat nağd pulu götürərək qaçıblar. Onlar barəsində Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə cinayət işi açılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırma davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə yanğın-taktiki təlimi keçirilib
15:36 30.10.2026
Hadisə
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə