Yevgeni Mixaylov: “Ermənistan istənilən ərazi iddiasını unuda bilər”
14:42 11.11.2020
Arxiv
537
Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları tərəfindən imzalanan Dağlıq Qarabağ bəyannaməsi Yerevanı istənilən ərazi iddiaları hüququndan məhrum edir və “Dağlıq Qarabağ Respublikası” separatçı layihəsinə son qoyur.
Bunu “Info24”ə müsahibəsində politoloq, beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov deyib.
O, hesab edir ki, ikinci erməni dövləti layihəsi və onun müstəqilliyinin perspektivləri barədə məsələ artıq bağlanıb.
“Aydındır ki, Dağlıq Qarabağda döyüşlərin dayandırılmasına dair imzalanmış üçtərəfli razılaşmada status məsələsinə baxılmayıb. Bu, çox güman ki, heç bir müstəqillikdən söhbət getməyəcəyi və ikinci bir erməni dövləti olmayacağı anlamına gəlir. Yerevan öz ambisiyaları səbəbindən böyük məğlubiyyətə uğrayıb və özünə gəlməsi çox uzun vaxt aparacaq (əgər bu baş verəcəksə). Ermənistana bunu etiraf etmək ağırdır, o, hələ uzun müddət tanınmamış ərazi və keçmiş separatçı hökumətlə bəzi oyunlar oynamağa çalışacaq, amma bu başqa bir ümidsizlik hekayəsidir”, - deyə siyasətçi bildirib.
Ekspert qeyd edir ki, müqavilənin imzalanmasından sonra Yerevanda başlayan iğtişaşlar Ermənistan dövlətçiliyinin qeyri-sabitliyinə dəlalət edir.
“Bu, ilk növbədə demokratiyadan deyil, kütlələrə və xüsusən millətçilər və faşistlərə həddindən artıq iradə verilmiş siyasi partiyalara nəzarət qabiliyyətinin tamamilə itməsindən xəbər verir. Əhalinin Paşinyanı parçalamaq istəyi başa düşüləndir: o, ölkəsini tamamilə yoxsulluq və məğlubiyyətə gətirdi, halbuki xalqa rusofobiya müqabilində Qərbdən gələn ləzzətli “peçenyelər” də daxil olmaqla fərqli bir tale vəd etmişdi. Yerevanın strateji tərəfdaşına xəyanəti faciəli nəticələrə gətirib çıxardı. Və münasibətlərin soyumasına baxmayaraq, yenə də Ermənistanı tam çöküşdən xilas edən Moskva oldu”, - Mixaylov bildirib.
Belə bir vəziyyətdə Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın Yerevan nümayişçiləri tərəfindən döyülməsi isə politoloqu təəccübləndirməyib.
“Bəli, bu barbarlıqdır, amma nağıllara inanan və nəticədə inamını itirən insanlardan, ilk növbədə Dağlıq Qarabağ məsələsində on illərdir aldadılanlardan başqa nə gözləmək olar? Həlak olan minlərlə gənc – bu Paşinyan rəhbərliyinin savadsızlığının əvəzidir. Yekunda ehtimal vermək olar ki, bu mərhələdə Ermənistan kiməsə ərazi iddiasını unuda bilər”, - deyə politoloq sözlərini yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hindistanda daşqında ölənlərin sayı 85-ə çatıb
19:03 03.08.2026
Dünya
Almaniyada yeni virus yayıldı
18:56 03.08.2026
Sağlamlıq
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya