Yol Polisindən motosikletçilərə XƏBƏRDARLIQ
15:20 17.09.2020
Arxiv
531
Son günlər kuryer xidməti ilə məşğul olan şirkətlərdə çalışan sürücülər motosikleti olduqca kobud şəkildə idarə edirlər. Bu səbəbdən qeydə alınan qəzalarla bağlı rəqəmlər və videogörüntülər var.
Bu barədə "Sherg.az"açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, kuryer xidməti göstərən motosiklet sürücüləri məhəlləarası yollarda da ehtiyatsız davranırlar:
“Mühərrikin işçi həcmi 50 sm³-ə qədər olan motosikletləri (mexaniki nəqliyyat vasitələrini) idarəetmək üçün sürücülük vəsiqəsi tələb edilmir. Yaşı 18-dən yuxarı olan, hüquqi və fiziki işlə məşğul olan şəxslər bu motosikletlərdən istifadə edə bilir.
Dünyanın inkişaf etmiş ölkələrində bu qaydalar tətbiq edilir. Lakin, ölkəmizdə bu cür motosikleti idarə edən sürücülərimiz yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqdan belə çəkinmirlər. Baş verən yol qəzalarının ağırlıq dərəcələrini nəzərə alaraq, bildirirəm ki, onlar barəsində tədbir görülməlidir”.
V.Əsədov onu da əlavə edib ki, bu gün mühərrikin işçi həcmi 50 sm³-dən çox olmayan 30-dan artıq moped, motosiklet cərimə meydançasındadır:
“Eyni zamanda motosikletlərlə törədilən 18 yol qəza hadisəsi baş verib ki, onlardan da səkkizi ölümlə nəticələnib. Bu kifayət qədər ciddi rəqəmdir. Motosiklet getdiyi yolda sürüşərək dirəyə çırpılıb, sürücü ölüb. Eyni zamanda, qəzalar arasında motosikletin maşına çırpılması, piyadanı vurması ilə bağlı faktlar da var. Bütün bunların görüntüləri mövcuddur və araşdırmalar aparılıb.
Kuryer xidməti göstərən şirkətlərdən xahiş edirik ki, motosiklet sürücülərinə yol hərəkəti qaydalarına riayət etmələrini tapşırsınlar. Digər hərəkət iştirakçılarına mane olacaq davranışlara yol vermək olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya