“Zelenski Azərbaycanı Ukraynanın əsas strateji tərəfdaşlarından biri hesab edir” - AÇIQLAMA
14:41 16.12.2020
Arxiv
350
“Həmişə olduğu kimi, 2020-ci ildə də Ukrayna və Azərbaycan arasında tərəfdaşlıq möhkəm dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və ən səmimi münasibətlərlə səciyyələnir. Bu səbəbdən Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanı Ukraynanın əsas strateji tərəfdaşlarından biri hesab edir.
Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko bu fikirləri AZƏRTAC-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna və Azərbaycan beynəlxalq birliyin qəbul etdiyi sərhədlər çərçivəsində bir-birinin ərazi bütövlüyünün ardıcıl tərəfdarları kimi qalmaqdadırlar.
“Son illərdə ölkələrimiz arasında əmtəə dövriyyəsində artımın müsbət dinamikası müşahidə olunur. Bununla belə, ölkələrimiz qarşılıqlı faydalı ticarətin bundan sonrakı inkişafı üçün böyük potensiala malikdir.
Biz bu potensialdan hələ tam istifadə etmirik. Əminəm ki, dünya bazarlarına çıxardığımız Ukrayna ixracat məhsulları siyahısında öz alıcılarını Azərbaycanda tapacaq çox şey mövcuddur, yaxud da əksinə”, - Ukrayna Ali Radasının deputatı deyib.
Deputat vurğulayıb ki, ölkələrimizin liderləri Vladimir Zelenski və İlham Əliyev arasında çox yaxşı və səmimi münasibətlərin olması müsbət haldır və bu, Ukrayna-Azərbaycan əməkdaşlığının yeni, daha səmərəli inkişaf səviyyəsinə çıxmasına kömək edəcək:
“Əminəm ki, bu, energetika, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində bizim tərəfdaşlığımıza müsbət təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol