Zərif: “Naxçıvan Qafqazda sülh üçün mərkəz rolunu oynayacaq”
15:28 30.01.2021
Arxiv
544
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən sonra mətbuata bəyanatla çıxış olub.
“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər nazirinin Naxçıvana səfərinin bölgə dövlətlərinin birgə əməkdaşlığının təşkili ilə bağlı olduğunu vurğulayıb: “Bölgə dövlətlərini əhatə edən səfər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında başa çatır. Ermənistanın işğalçılıq siyasətinə son veriləndən sonra bölgə dövlətləri arasında əməkdaşlığın yaradılması səfərin əsas müzakirə mövzusu olub. Təşəbbüsə və səfərə görə İran İslam Respublikasının xarici işlər nazirinə minnətdarlıq edirik. Əminik ki, bu səfərin nəticələri uğurlu olacaqdır. Təbii ki, bu da bölgə dövlətlərinin birgə fəaliyyətindən asılıdır”.
İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif isə regional səfərini Bakıdan başlayıb Naxçıvanda bitirməsindən məmnunluğunu ifadə edib: “Naxçıvan Muxtar Respublikası gələcəkdə Qafqazda yaranacaq sülh əməkdaşlığı üçün mərkəz rolunu oynayacaqdır. Elə etməliyik ki, müharibənin acı nəticələri bir daha yaşanmasın. Buna da bir-birimizlə faydalı əməkdaşlıq etməklə nail olmaq mümkündür. Bu əməkdaşlıqda və kommunikasiya yollarının birləşməsində Naxçıvan Muxtar Respublikasının çox böyük əhəmiyyəti vardır. Beş ölkədə səfərdə olduğum zaman aparılan danışıqların nəticəsi olaraq əminəm ki, istər şimal-cənub, istərsə də cənub-qərb dəhlizləri olmaqla, gələcəkdə yaxşı əməkdaşlıq edə, telekommunikasiyalar quraraq əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıra bilərik. Bunun nəticəsində də Fars Körfəzini Rusiyaya və Qara dənizə birləşdirə bilərik. Bütün bu dəhlizlərin işə salınmasında Naxçıvan Muxtar Respublikasının böyük əhəmiyyəti olacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol