ZORAKILIQ: 10 yaşlı qız uşaq dünyaya gətirib - Hindistanda




Hindistanda bir qohumunun təcavüzü nəticəsində hamilə qalan 10 yaşlı qız uşaq dünyaya gətirib.

"Sherg.az”ın BBC-yə istinadən məlumatına görə, Ali Məhkəmə qız dünyaya gətirən 10 yaşlı uşağın abortuna icazə verməyib. 

Belə ki, məhkəmə 28 iyulda edilən müraciətin rədd edilməsinə səbəb kimi hamiləliyin 32-ci həftəsinin bitdiyini göstərib, abort üçün artıq çox gec olduğunu bildirib.

Təcavüz ilə günahlandırılan müttəhim isə hazırda həbsdədir.

Hindistan qanunları, hamiləliyin 20-ci həftəsindən sonra aborta icazə vermir. Ancaq həkimlər ananın həyatının təhlükədə olduğu barədə məhkəməyə rəy bildirsə abort etmək olar.

Son hadisədə də 10 yaşlı uşağın hamilə olduğu gec anlaşılıb.

Hindistanda hər 155 dəqiqədə bir 16 yaşdan kiçik uşaq zorakılığa məruz qalır.
Hökumətin başlatdığı tədbirlərə qoşulan uşaqların 53,22 faizi bir növ cinsi təcavüzə məruz qaldıqlarını bildirib.

Aysel Aslan