Elə adam var, sosial şəbəkə onun üçün qida kimidir... – Sosioloq ciddi mətləblərə toxundu
13:51 05.07.2019
Cəmiyyət
1586
Cavid İmamoğlu: “Bu gün dünya insanının ehtiyacları arasında sadəcə maddiyyət yox, həm də sosial media var. Yəni bir adam ac-susuz qalanda, təbii ehtiyaclarını ödəyə bilməyəndə necə ajiotaj yaradırsa, sosial şəbəkəsiz də eyni ajiotaj ortaya çıxır”
“Azərbaycanda sosial media, xüsusən Feysbuk və İnstaqram istifadəçiləri həddindən artıq çoxdur və əksəriyyəti də sosial şəbəkələrdən asılıdır”.
Bunu “Sherg.az”a açıqlamasında tanınmış sosioloq, gənc mütəxəssis Cavid İmamoğlu deyib.
Ekspertin sözlərinə görə, bunun səbəbi insanların bəzi ehtiyaclarının ödənməməsi ilə bağlıdır:
“Bu gün dünya insanının ehtiyacları arasında sadəcə maddiyyət yox, həm də sosial media var. Yəni bir adam ac-susuz qalanda, təbii ehtiyaclarını ödəyə bilməyəndə necə ajiotaj yaradırsa, sosial şəbəkəsiz də eyni ajiotaj ortaya çıxır.
Hər gün istifadə etdiyi sosial mediaya girişin məhdudlaşdırılması onun üçün ciddi çatışmazlıq sayılır. Çünki, sosial şəbəkə artıq gündəlik vacib ehtiyaca çevrilib. İnsanların bu tələbatı ödənilməlidir. Təbii ki, nəyə daha çox təlabat olursa, onun ətrafında müzakirə də bir o qədər çox olur. Bu istiqamətdən baxanda ajiotaja normal baxmaq olar. Bəs anormallıq nədədir? Sosial mediadan asılılığı olan cəmiyyətlərdə, o cümlədən bizdə insanlar virtual şəbəkələrdən hədsiz səviyyədə asılı hala düşürlər. Elə şəxslər var ki, gündəlik həyatları sosial media üzərində formalaşır. Belə adamlar istənilən problem zamanı ciddi həyacan keçirir, hətta depressiyaya düşür və bunu ətrafa yayırlar”.
Sosioloqun sözlərinə görə, ümumiyyətlə, ajiotajın yaradılması heç bir cəmiyyətdə qəbul olunmur:
“Bu, sadəcə internetlə bağlı deyil. Məsələn, zəlzələ və s. təbii fəlakətlər, həmçinin digər ictimai hadisələr zamanı da süni ajiotajın yaradılması, hay-küy salınması cəmiyyəti geri aparır. İnsanlar arasında təşviş və ümidsizlik yaradır. Sosial media istifadəçiləri bilməlidirlər ki, Feysbuk, Tvitter və İnstagram sadəcə texniki platformadır və burada istənilən vaxt problem, nasazlıq meydana çıxa bilər. Bunu normal qəbul etmək və həyatımızı davam etdirmək lazımdır”.
C.İmamoğlu vurğulayıb ki, Azərbaycanda sosial mediadan asılılığı müəyyən edən hansısa tədqiqat aparılmayıb:
“Amma əlimizdə daha çox kimlərin sosial mediadan asılı olduğunu müəyyən edən araşdırmalar var. Hazırda sosial şəbəkələrdən daha çox istifadə edənlər ictimai fəaliyyətə cəlb olunmayan evdar xanımlardır. Onlarda əsasən İnstaqram asılılığı mövcuddur. O cümlədən tədrislərini və karyeralarını məqsədyönlü şəkildə formalaşdıra bilməyən tələbələr də əksər zamanlarını sosial şəbəkələrdə keçirirlər. Yaxud da ailədə hansısa məsələdən dolayı əziyyət çəkən insanlar özlərini sosial mediaya həsr edirlər. Çalışırlar ki, ehtiyaclarını bu vasitələrlə ödəsinlər. Ancaq ictimai həyatı zəngin olan iş adamları, ailədə xoşbəxt olanlar və digər qisim insanların sosial şəbəkələrdən asılılığı olmur. Həmin şəxslər internet aləmindəki kiçik donmaları, texniki problemləri demək olar ki, hiss etmirlər. Buna əhəmiyyət vermirlər. Yəni bir insanın həyatı və fəaliyyəti nə qədər zəngindirsə, onun sosial media asıllığı da o qədər az olur”.
Qeyd edək ki, ötən gün Azərbaycanda Feysbuk, Tvitter, İnstaqram, Votsap və s. sosial şəbəkələrində yaranmış texniki problemlər ictimaiyyətdə geniş müzakirələrə və narahatlığa səbəb olub. Hətta bəziləri baş vermiş hadisə ətrafında süni ajiotaj yaradaraq bunu “fəlakət” kimi dəyərləndiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniya Əsədin arvadını qəbul etmədi
04:31 25.12.2024
Dünya
“İkinci əl” dolab aldı: İçindən qızıl çıxdı
04:06 25.12.2024
Hadisə
Tehran İsrailin gələcək planlarından əndişələnir - ŞƏRH
03:51 25.12.2024
Siyasət
Xankəndi stadionu beynəlxalq standartlara cavab verəcək
03:31 25.12.2024
İdman
“Tiktok”un bloklanması ilə bağlı çağırış səsləri yüksəlir
03:25 25.12.2024
Sosial
“Cəhənnəm”in “birinci xanımı”
02:58 25.12.2024
Dünya
Tramp Rusiyanın əlini gücləndirir - RƏY
02:28 25.12.2024
Gündəm
"Şimal-axını" kəmərlərini bu 4 ölkə partladıb - Knaysl
02:25 25.12.2024
Siyasət
2025-ci ilə böyük ümidlərlə gedirik - ŞƏRH
02:10 25.12.2024
Gündəm
İtaliyada "Əl-Qaidə" və İŞİD üzvləri saxlanıldı
01:56 25.12.2024
Dünya
Bu gün Milad bayramıdır
01:20 25.12.2024
Gündəm
İmtahana qeydiyyat bu tarixdə BAŞLAYIR
00:35 25.12.2024
Aktual
İsveçrədə idmançı qar uçqununda həlak oldu
00:17 25.12.2024
Hadisə
Zurabişvili yeni seçkilər üçün şura yaratdı
23:58 24.12.2024
Siyasət
Türkiyə və ABŞ müdafiə nazirləri Suriyanı müzakirə etdilər
23:48 24.12.2024
Dünya
İsrailin danışıqlar qrupu Tel-Əvivə qayıdır
23:35 24.12.2024
Siyasət
Rusiya Yeni ildə Ukraynaya “Oreşnik”lə hücum edə bilər
23:23 24.12.2024
Gündəm
Türk ölkəsi Ermənistana donuz əti göndərdi
23:08 24.12.2024
Dünya
Azərbaycanda bu komandaya texniki məğlubiyyət veriləcək
22:58 24.12.2024
İdman
Gündə 1 ovuc püstə yesəniz...
22:49 24.12.2024
Sağlamlıq
Rusiya və Tacikistan liderlərinin görüşü keçirilib
22:33 24.12.2024
Siyasət
Bill Klinton xəstəxanadan buraxılıb
22:26 24.12.2024
Dünya
Andrey Kondraşov Prezident İlham Əliyevə təbrik ünvanlayıb
22:10 24.12.2024
Gündəm
ABŞ-dən İsrailə Suriya ilə bağlı MÜHÜM ÇAĞIRIŞ
22:06 24.12.2024
Siyasət