Ankara tələb etdi: Terrorçular bu ərazilərdən çıxarıldı

PKK terror təşkilatına bağlı SDQ/YPG qüvvələri Suriyanın Hələb vilayətinin Şeyx Maqsud və Tişrin rayonlarından çıxarılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Suriya hökumətinə bağlı hərbi qüvvələr Tişrinə daxil olublar. YPG/SDQ terror təşkilatının lideri Fərhad Abdi Şahin rəsmi Dəməşqin Raqqa və Deyr əz-Zordan da çıxmalarını tələb etdiyini açıqlayıb”, - məlumatda bildirilib.

Eyni zamanda vurğulanıb ki, terrorçular Tabqa və Hasekedən də çıxacaqlar.

Qeyd olunub ki, terrorçuların sözügedən və digər bölgələrdən çıxarılması həm də Ankaranın tələbidir.